Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu

Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu
Sakura

Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu

Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində görkəmli dövlət xadimi, artilleriya general-leytenantı, sovet dövründə uzun illər Azərbaycanın Rabitə naziri vəzifəsində çalışmış Hüseyn Rəsulbəyovun büstü açılıb.

Yeni Sabah” xəbər verir ki, açılış mərasimində Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, Quba, Qusar və Xaçmaz rayonlarının icra hakimiyyətlərinin rəhbərləri, Dərbənd şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Heykəl Hüseyn Rəsulbəyovun adını daşıyan küçə ilə 345-ci Dağıstan Atıcı Diviziyası küçəsinin kəsişməsində yerləşir.

Dağıstan Xalq Məclisinin sədri Xızrı Şıxsəidov abidənin açılışını Dağıstan üçün unudulmaz hadisə adlandırıb.

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, diyarşünas alim, Dərbənd şəhərinin fəxri vətəndaşı Hüseynbala Hüseynov və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev Dağıstan və Azərbaycan xalqlarının qədim tarixə malik dostluq əlaqələrindən danışıb.

Açılış mərasimində hava hücumundan müdafiə dairəsinin zenit-artilleriya qoşunlarının komandanı vəzifəsinədək yüksəlmiş azərbaycanlı general-leytenant Hüseyn Rəsulbəyovun tarixi xidmətləri xatırlanıb, həyat və fəaliyyəti barədə ətraflı söhbət açılıb.

Diqqətə çatdırılıb ki, 1975-ci ildə Azərbaycanın Rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın rabitə xidmətinin inkişafında, respublikamızın şəhər və kəndlərinin telefonlaşdırılmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsində xüsusi xidmətləri olub.

Görkəmli dövlət və hərbi xadim 1984-cü ildə dünyasını dəyişib və Fəxri xiyabanda dəfn edilib.

Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR