Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

Azərbaycanın məşğulluq xəritəsi hazırlanır
Sakura

Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin məşğulluq xəritəsi hazırlanır.

Ens.az xəbər verir ki, Nazirlikdən Modern.az-a verilən məlumatına görə, xəritə elektron informasiya sistemlərindən toplanmış məlumatlar nəticəsində yaradılır. Məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sekteral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti və s. aid informasiyalar toplanacaq.

Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə elektron formada ictimaiyyətə təqdim ediləcək. Ölkənin məşğulluq xəritəsi sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək və məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR