Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Sakura

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib

Müdafiə nazirinin tapşırığına əsasən hərbi qulluqçular Şəhidlər Xiyabanında dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarını ziyarət edib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sonra Milli Qəhrəmanın Bakının Nərimanov rayonunda ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub.

Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edənlər A.Aqarunovun şərəfli həyat yolu, onun döyüşlərdə iştirakını bir daha xatırlayıblar. 

Bildirilib ki, ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi yəhudi əsilli bu qəhrəman da Azərbaycanı öz vətəni bilmiş, həyatını onun müstəqilliyi və suverenliyi uğrunda fəda edib.

Qeyd edək ki, Dağlıq Qarabağda döyüşlər başlayarkən könüllü olaraq cəbhəyə yollanan A.Aqarunov 1992-ci ilin may ayının 8-də Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR