Ens.az
14 oktyabr 2019, bazar ertəsi
.
.
chevron_left chevron_right
AZƏRBAYCAN

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər

Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər

22 Baxış
Azərbaycanla Pakistan arasında birbaşa uçuşlar ola bilər

Gələn ilin yayından Azərbaycanla Pakistan arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlanıla bilər. 

Report” Pakstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid məlumat verib.

Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı "Azərbaycan Hava Yolları" QSC və Pakistanın milli aviadaşıyıcısı arasında danışıqlar aparılır. 

“Birbaşa uçuşlar başlayan kimi Turizm Şurası Pakistanın turizm idarəsilə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir”, - deyə o əlavə edib. 

Təyyarə uçuşlarının Bakı ilə Pakistanın Kəraçi və Lahor şəhərləri arasında həyata keçiriləcəyi gözlənilir. 

Qeyd edək ki, hazırda Azərbaycanın Turizm Bürosu Kəraçidə keçirilən və sabah başa çatacaq “Pakistan Travel Mart” sərgisində iştirak edir. 

2018-ci ildə Azərbaycana Pakistandan 41 268 nəfər, bu ilin 8 ayında isə 28 576 nəfər (ötən ilin eyni dövrünə nisbətən 12,9% çox) pakistanlı turist gəlib.


VİDEO QALEREYA
Fukan - eyni adlı çin şəhərində 2000-ci ildə aşkar olunmuş əsrarəngiz gözəlliyi olan meteorit. Əvvəlcə o bir tondan artıq çəkiyə malik idi, amma sonra bir neçə hissəyə bölündü. Fukan bütün meteoritlərin cəmi 1%-ni təşkil edən pallasitlər növünə aiddi
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X