Ens.az
20 avqust 2019, çərşənbə axşamı
.
chevron_left chevron_right
ELM

Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

96 Baxış
Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutunda keçirilən "Yeni və qeyri-ənənəvi bitkilər və onların istifadəsi perspektivləri" mövzusunda XIII beynəlxalq simpoziumda iştirak edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim simpoziumun plenar iclasında “Abşeron yarımadasında bioloji rekultivasiya məqsədilə bəzi subtropik bitkilərin torpaqların neftlə çirklənməsinə dayanıqlığının müəyyənləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

İyunun 20-dək davam edəcək beynəlxalq tədbirdə Qazaxıstan, Belarus, Türkiyə və digər ölkələrin tanınmış alimləri iştirak edirlər.


adscode
VİDEO QALEREYA
2 qat Avropa, 4 qat Azərbaycan çempionu, 8 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi, FİDE ustası, 2014-cü ildə Beynəlxalq usta norması adına layiq görülən 16 yaşlı azərbaycanlı Abdulla Qədimbəyli
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X