Slimfit
  1. ELM

Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə dərc edilib

Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə dərc edilib
Sakura

Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə dərc edilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Ümumdünya Fenomenologiya İnstitutunun "Springer" nəşriyyatında çıxan “Analecta Husserliana” çoxcildliyində “Mən: ilahi nurlanma və sosial reallığın kəsişmə nöqtəsi olaraq” sərlövhəli məqaləsi dərc edilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, azərbaycanlı alim məqaləsində “mən” fenomenini insan varlığının sabit nüvəsi adlandırır, onu ilahi nurlanma və sosial reallıq kimi iki aspektdən araşdırır. Məqalədə “mən” daxili və xarici təsirlərin kəsişmə nöqtəsində götürülməklə yanaşı, həm də ideyalar aləminə və həqiqətin ilahi mənbəyinə açılan bir qapı kimi təhlil edilir.

Dünya Fenomenologiya İnstitutunun yaradıcısı, amerikalı filosof Anna-Teresa Tymienieçkanın xatirəsinə həsr olunan kitabda fenomenologiya üzrə tanınmış mütəxəssislərin müasir ekoloji düşüncənin öyrənilməsinə dair aktual əsərləri toplanıb. Bundan əlavə, burada fenomenoloji antropologiya, təbiətə insani münasibətin ekoloji perspektivləri, canlı və virtual bədənin fenomenologiyası kimi məsələlər də araşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR