Slimfit
  1. İDMAN

Azərbaycanlı futzalçı bir illik yarışlardan kənarlaşdırıldı

Azərbaycanlı futzalçı bir illik yarışlardan kənarlaşdırıldı
Sakura

Azərbaycanlı futzalçı bir illik yarışlardan kənarlaşdırıldı

AFFA-nın İntizam Komitəsi futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin “Standard” – “Star Karqo” matçında baş verən insidentlə bağlı qərar verib.

Oxu.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-də baş tutan qarşılaşmanın 30-cu dəqiqəsində “Standard” klubunun 9 №-li futbolçusu Samir Həsənov aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərib, hakimi təhqir edib və qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıb. 

İntizam Komitəsinin qərarına əsasən, S.Həsənov 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR