Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanlı rejissor beynəlxalq mükafat aldı

Azərbaycanlı rejissor beynəlxalq mükafat aldı
Sakura

Elmar İmanov "Mövsümün sonu" ilə sözünü dedi

"Zerkalo" festivalının nəticələri elan olunub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, 14 iyun tarixindən başlayan festival artıq başa çatıb.

 

Kantemir Balaqovun "Dılda" filmi festivalın qran-prisini qazanıb. Ən yaxşı rejissor işinə görə isə Benjamin Nayştat layiq görülüb. O, festivalda 5 ölkənin (Argentina, Fransa, Niderland, Braziliya, Almaniya) birgə istehsalı olan "Qırmızı" filmi ilə təmsil olunub. "Gözəl və ifadəli oyun" nominasiyası üzrə fransız təmsilçi "Kağız bayraqlar" filmi seçilib.

Sözügedən festivalda azərbaycanlı rejissor da iştirak edib. Elmar İmanov "Unikal müəllif baxışı"na görə birinciliyi adına yazdıra bilib. Rejissorun təqdim etdiyi "Mövsümün sonu" filmi Azərbaycan, Almaniya və Gürcüstanın birgə istehsalıdır.

Qeyd edək ki, Andrey Tarkovskinin adını daşıyan "Zerkalo" Beynəlxalq kino festivalı sayca 13-cüdür.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR