Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanlı rejissor "Kann festivalı"ını heyrətə saldı - Qırmızı xalçada "Sarı gəlin"

Azərbaycanlı rejissor "Kann festivalı"ını heyrətə saldı - Qırmızı xalçada "Sarı gəlin"
Sakura

Azərbaycanlı rejissor "Kann festivalı"ını heyrətə saldı - Qırmızı xalçada "Sarı gəlin"

Ötən gün “Kann Film Festival”ında İran azərbaycanlısı Cəfər Pənahinin "Üç üz" (Se rokh) adlı filmi nümayiş olunub.

Publika.az xəbər verir ki, siyasi səbəblərdən ölkəsini tərk edə bilməyən rejissorun filmi böyük maraqla qarşılanıb.

Filmə çəkilən aktrisalar təqdimatda böyük sevgi və maraqla qarşılanıblar. Aktrisaların “Sarı gəlin” mahnısı fonunda qırmızı xalçadan keçməsindən çox, iştirakçıların Cəfər Pənahini alqışlaması daha coşğulu olub.

Filmin əsas dili farsca olsa da, dialoqlarda Azərbaycan dilindən də istifadə edilib.

Süjet xətti isə belədir: rejissor və oyunçular dağ kəndinə - aktrisa olmaq istəyən, konservatoriyaya qəbul olan, ancaq ailəsi tərəfindən təzyiq altında saxlanlılan bir gənc qızın xahişi ilə yola çıxırlar, onun yaşadığı dağ kəndinə gedirlər və baş verənləri çəkirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR