Slimfit
  1. AZƏRBAYCANLI

Azərbaycanlı sənətçinin işləri Dua Lipanın diqqətini çəkdi

Azərbaycanlı sənətçinin işləri Dua Lipanın diqqətini çəkdi
Sakura

Azərbaycanlı sənətçinin işləri məşhur müğənnin diqqətini çəkdi

Ens.az Trend-ə istinadən xəbər verir ki, məşhur britaniyalı müğənni, mahnı müəllifi və model Dua Lipa rəsmi Instaqram səhifəsində azərbaycanlı rəssam-illüstrator Kənan Şeyxzamanlının əsərini paylaşıb.

Əvvəlcə Kənan Şeyxzamanlı öz instaqram səhifəsində müğənninin "Physical" klipindən yaranmış təəssüratla portretini yerləşdirib. Şeyxzamanlı, həmçinin abunəçilərindən ulduzun rəsmi səhifəsindəki şərhlərdə qeyd etmələrini xahiş edib. Nəticədə yazı dünyaca məşhur müğənninin diqqətini çəkib, o da öz növbəsində İnstaqram hekayələrində bir şəkil paylaşaraq, Azərbaycan sənətkarının əsərlərini dünyada çox sayda abunəçisinə nümayiş etdirib.

Qryd edək ki, Kosova əsilli Dua Lipa ingilis müğənnisi, mahnı müəllifi və modelidir. O, 2015-ci ildə "Warner Bros Records" ilə müqavilə bağlayaraq orada ilk singlini buraxıb. 2016-cı ilin dekabr ayında The Fader jurnalının dəstəyi ilə müğənni haqqında "Mavi rəngdə" sənədli filmi çəkilib.

Ciddi uğurlar əldə edən sənətçi 2019-cu ilin fevral ayında Grammy Mükafatlarında iki mükafat əldə edib: "Ən Yaxşı Yeni Sənətçi" nominasiyasında və "Electricity"- də "Ən yaxşı rəqs yazısı" kateqoriyasında qalib olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR