Slimfit
  1. TEXNOLOGİYA

Azərbaycanlılar qlobal bazara çıxan oyun hazırlayıblar

Azərbaycanlılar qlobal bazara çıxan oyun hazırlayıblar
Sakura

Azərbaycanlılar qlobal bazara çıxan oyun hazırlayıblar

Müasir dövrdə texnologiyaların sürətli inkişafı bütün dünyada elektron oyun sistemlərində də özünü açıq şəkildə göstərir. Xüsusilə gənclər arasında populyar olan bu əyləncə vasitəsi bir sıra hallarda ölkələrin öz mədəniyyətlərini tanıtmaq, siyasi və tarixi təbliğatlarını həyata keçirmək üçün dəyərli bir vasitə rolunu da oynayır. Artıq bu cür oyunlar yalnız əyləncə deyil, xüsusiyyətindən asılı olaraq həm də intellektual xarakter daşıyır. Buna görə də bir sıra dünya ölkələrində kompyuter oyunları üzrə rəsmi yarışlar, çempionatlar təşkil olunur.

Ölkımiz də bu baxımdan istisna təşkil etmir. Təsadüfi deyil ki, hər il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə kompyuter oyunları üzrə gənclər arasında Milli Çempionat təşkil olunur.

Sözügedən oyunlar daha çox dünyanın inkişaf etmış ölkələrində hazırlanır. Ancaq oyun sektorunda ölkəmizi təmsil etməyə iddialı olan “Bad Button Studio” 2020-ci ildə qlobal bazar üçün hazırladıqları “King and Kingdoms” (Kral və Krallıqlar) oyununun treylerini təqdim edib.

Ens.az xəbər verir ki, bunu Kamil Tahirli Facebook-dakı Azerbaijan Developers Group qrupundakı statusunda bildirib. 

Bununla yanaşı, oyun həvəskarları üçün oyunun öncədən qeydiyyatı da açıq elan edilib. Oyunun treylerində dünya tarixinin yeddi müxtəlif mədəniyyətini təmsil edən döyüşçüləri və həmin döyüşçülərin torpaqlarının əraziləri də əks olunub.
Treyleri daha da maraqlı edən isə döyüş səhnələrində dünya oyunçularının təqdimatının milli musiqi notları altında təqdim edilməsidir. Bu, oyun həvəskarları üçün oyunu daha da maraqlı edəcək. Qeyd edək ki, artıq “Bad Button Studio” “Facebook” və “Instagram” kimi sosial şəbəkələrdə öz auditoriyasını cəlb etməyi bacarıb. Ümid edək ki, 2020-ci ildən nəhayət Azərbaycanın da adı Qlobal oyun sənayesində ön sıralarda hallanacaq.

Oyunun rəsmi internet saytına daxil olub qeydiyyatdan keçə bilərsiniz. Həmçinin sizə oyunun treylerini təqdim edirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR