Slimfit
  1. CƏMİYYƏT

"Azəriqaz": Cəbhə xətti boyu texniki vasitələr və işçi qüvvə tam hazır vəziyyətə gətirilib

"Azəriqaz": Cəbhə xətti boyu texniki vasitələr və işçi qüvvə tam hazır vəziyyətə gətirilib
Sakura

"Azəriqaz": Cəbhə xətti boyu texniki vasitələr və işçi qüvvə tam hazır vəziyyətə gətirilib

“Azəriqaz” İstehsalat Birliyində yaradılan Xüsusi Qərargah baş verənləri diqqətdə saxlayır və cəbhə xətti boyu qaz təsərrüfatında hər hansı qəza halları baş verərsə, dərhal aradan qaldırılması üçün texniki vasitələr və işçi qüvvəsi tam hazır vəziyyətə gətirilib.

Ens.az xəbər verir ki, “Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, son sutka ərzində Birliyin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsi Tərtər Regional qaz istismarı İdarəsindən operativ olaraq məlumatları əldə edir və bu barədə Xüsusi Qərargah lazımi tədbirlərin görülməsinə dair tapşırıqlar verir. Düşmən tərəfinin açdığı atəş nəticəsində Tərtər rayonunun Borsunlu kəndində 57 mm, Hüləbəndi kəndində ŞQTM tipli qaz tənzimləyicisi, Tərtər şəhərinin Sahil küçəsində 30, 40 və 159 mm, Babək küçəsində 57 və 76 mm, H. Əliyev prospektində 108 və 159 mm diametrində olan qaz xətləri və avadanlıq zədələnib.

Bundan başqa döyüşlərin getdiyi vaxtlarda dünən və bu gün təhlükəsizlik tədbirləri olaraq təmas xəttinin ayrı-ayrı yerlərində qaz təchizatı dayandırılıb:

27.09.2020-ci il tarixində saat 07:45-dən cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar Füzuli və Tərtər rayonlarının qaz təchizatı dayandırılıb;

Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı 27.09.2020-ci il tarixində saat 08:00-dən etibarən dayandırılıb;

27.09.2020-ci il tarixində saat 07:50-dən Beyləqan rayonunun 9 kəndi və 10 qəsəbəsinin qaz təchizatı dayandırılıb;

27.09.2020-ci il tarixdə saat 07:42-dən Ağcabədi rayonunun bir hissəsinin qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, Beyləqan rayonunun mərkəzinə və Ağcabədi şəhərinə qazın verilməsi təmin edilib. Bundan başqa, sentyabrın 27-də “Ağdam 4 yol ölçü qovşağı”ndan qidalanan qaz təchizatı şəbəkəsinin üzərinə mərmi düşdüyündən saat 19:00-dan həmin qovşaqdan qaz təchizatı dayandırılıb, lakin saat 19:20-də “Quzanlı ölçü qovşağı”ndan Ağdam rayonunun qaz təchizatı bərpa olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR