Dərc edildi: Baxış sayı: 199
Azyaşlı 6 aylıq qardaşının ölümünə səbəb oldu
Goranboyda 6 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,hadisə dünən saat 17 radələrində rayonun Veyisli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü X.Mamedova övladlarını qonşusunun evinə qoyaraq oranı tərk edib. Qonşunun evinin mətbəxində olarkən onun azyaşlı övladı kibritlə oynamağa başlayıb və 6 aylıq körpə qardaşı Ömərin beşiyinin yanmasına səbəb olub.
Nəticədə körpə uşaq ağır yanıq xəsarətləri alıb və xəstəxanaya çatdırılsa da, vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət