Slimfit
  1. TEXNOLOGİYA

Bakı AÇ-2020-yə aid yeni sayt istifadəyə verildi

Bakı AÇ-2020-yə aid yeni sayt istifadəyə verildi
Sakura

Bakı AÇ-2020-yə aid yeni sayt istifadəyə verildi

AÇ-2020-nin 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsinin 1 qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar yeni sayt istifadəyə verilib. Matc.az xəbər verir ki, informativ xarakterli https://euro2020.affa.az/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək xüsusi bölmələr üzrə məlumatlar yerləşdirilib. 
 
Azərbaycan və ingilis dilində fəaliyyət göstərən sayta daxil olanlar AÇ-2020 ilə əlaqədar Bakıda təşkil olunacaq tədbirlərlə bağlı məlumat əldə edə, həmçinin ən son xəbərləri oxuya bilərlər.
Saytda paytaxtımıza gələn turistlər və şəhərimizin qonaqları üçün Bakının görməli yerləri və ləzzətləri, viza məsələləri, eləcə də nəqliyyat ilə bağlı ətraflı informasiya da yerləşdirilib.
 
Futbol həvəskarlarının Bakıda keçiriləcək oyunlarla əlaqədar sualları daha çox bilet satışı ilə bağlıdır. Bu məqamı nəzərə alaraq, saytda xüsusi bölmə fəaliyyət göstərir. Azarkeşlər bölməyə keçid edərək, ümumi biletlərin satışı, bilet kateqoriyaları, qiymətlər və VIP biletlərlə bağlı bütün suallara cavab tapa bilərlər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR