Slimfit
  1. SİYASƏT

Bakı etiraz etdi, Moskvadan dərhal cavab gəldi

Bakı etiraz etdi, Moskvadan dərhal cavab gəldi
Sakura

Bakı etiraz etdi, Moskvadan dərhal cavab gəldi

Rəsmi Bakı Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanına münasibət bildirib.  

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlama yayıb.

O söyləyib ki, Azərbaycan XİN  həmin tender elanında “Dağlıq Qarabağ Respublikası” ifadəsinin qeyd olunması ilə bağlı etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırıb.

“Bu kimi yalnış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”, - deyə L.Abdullayeva əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR