Slimfit
  1. MƏDƏNİYYƏT

Bakı Uşaq Teatrı Dərbəndə gedir

Bakı Uşaq Teatrı Dərbəndə gedir
Sakura

Bakı Uşaq Teatrı Dərbəndə gedir

Teatr “Nəsimi ili-Nəsimi dili” adlı tamaşa-kompozisiya hazırlayıb

Bakı Uşaq Teatrı “Nəsimi ili” ili bağlı tədbirlərini davam etdirir.

Teatrdan AzNews.az-a verilən məlumata görə, kollektiv Nəsimi poeziyasının nümunələrindən ibarət “Nəsimi ili-Nəsimi dili” adlı tamaşa-kompozisiya hazırlayıb. Kompozisiyanın quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltandır.

Kompozisiya iyunun 10-da Dərbənd şəhərində oynanılacaq. Bundan əlavə isə gecədə Dərbənd Azərbaycan Dövlət Dram Teatrının Nəsimi yaradıcılığına müraciət edərək hazırladığı müsiqili nömrələri səslənəcək.

Nəsimininn 650 illiyi münasibətilə hazırlanan tamaşanın Dərbənddə təşkil olunmasında Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əskərovun xüsusi əməyi var.

Tamaşa-kompozisiyanın Dərbənd Qalası divarları ətrafında təqdimatı nəzərdə tutulub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR