Slimfit
  1. AZƏRBAYCAN

Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək

Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək
Sakura

Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik üzrə ilk dialoq keçiriləcək.

Bunu “Report”a Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas bildirib.

O, oktyabrın 29-30-da Bakıda keçiriləcək görüşdə Avropa Xarici Tədbirlər Xidmətinin Baş katibi müavini Jan Kristof Belardın başçılıq etdiyi Aİ nümayəndə heyətinin iştirak edəcəyini deyib.

“Hələlik görüşün gündəmini razılaşdırırıq. Təhlükəsizlik sahəsinə aid ən müxtəlif məsələlərə dair geniş məsləhətləşmələr aparılacaq”, - diplomat söyləyib.

Qeyd edək ki, bu ilin fevral ayında Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə Azərbaycan arasında təhlükəsizlik və enerji məsələləri üzrə dialoq mexanizminin təsis edilməsi barədə razılıq əldə olunduğunu açıqlamışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR