Alexa
19 oktyabr 2018, cümə
.
24
Ağcabədi
.
chevron_left chevron_right
Nəqliyyat

Bakıda kəsişmə toru: piyadalar necə keçməlidir?

Bakıda kəsişmə toru: piyadalar necə keçməlidir?

Bakıda kəsişmə toru: piyadalar necə keçməlidir?

S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində çəkilmiş sarı kəsişmə toru ilə bağlı ayrı-ayrı kanallara açıqlama verərkən bir məqama diqqət yetirdim ki, bu 1.14.3 yol nişanlanması barədə bixəbər olan piyadalar adəti üzrə piyada zolağı axtarışındadırlar.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat və yol-hərəkəti üzrə ekspert Azər Allahverənov deyib. O, bu səpkidə maarifləndirmə işinin aparılmasına ehtiyac olduğunu bildirib:

“Piyada keçidi nizamlanmayan (1.14.1) və işıqforla nizamlanan (1.14.3) formada ola bilər. Nizamlanmayan piyada keçidi insanların öyrəşdikləri “zebra şəkilli” keçiddir. İşıqforla nizamlanan piyada keçidi isə qırıq-qırıq xətlərlə göstərilir. Adətən piyadalar zebra formasında piyada keçidi görməyə öyrəşdikləri üçün qırıq-qırıq xətlərlə olan keçidi gördükdə tərəddüd edirlər. Əslində bu özlüyündə çox yaxşı haldır ki, insanlar yolu keçmək üçün piyada keçidi axtarırlar. Bu barədə müvafiq qanunvericilikdə qeyd olunsa da, insanların bir çoxu həmin qırıq-qırıq xətlərin keçidin göstəricisi olduğunu bilmirlər. İnsanlar hansı piyada keçidinin yanında hansı yol nişanlarının istifadə edilməsindən məlumatsız ola bilərlər. Əhalinin məlumatlandırılması üçün daha geniş maarifləndirmə işi aparamaq lazımdır. Hesab edirım ki, Bakı Nəqliyyat Agentliyi və ya ayrı-ayrı ictimai təşkilatlar bu konteksdə maarifləndirici çarxlar hazırlasa, yaxşı olar”.

Ekspertin sözlərinə görə, beynəlxalq müstəvidə piyada keçidləri müxtəlif formada fərqləndirilir:

“Məsələn, zebra piyada keçidlərinin çəkilməsi zamanı müxtəlif işıqqaytaran tərkibli rənglərdən istifadə olunur. Daha bir piyada keçidi forması da bu yaxınlarda Naxçıvanda tətbiq edilən 3D formatlı keçidləridir. İnsanlar məlumatsız olduqları üçün yeni yolların salınması zamanı ilk dəfə gördükləri piyada keçidlərindən keçməyə tərəddüd edirlər”.

VİDEO QALEREYA
Fransız dilində L'appel du vide sözü var ki, tərcümədə "Boşluq harayı" mənasını verir. Bu ifadə tez-tez yaranan qarşı yola çıxıb tam sürətlə hərəkət etmək və ya heç zaman ürək etmədiyimiz yüksəkdən tullanma istəyinin yaranmasını ehtiva edir.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

adscode X