Slimfit
  1. CƏMİYYƏT

Bakıda məşhur restoran sökülür

Bakıda məşhur restoran sökülür
Sakura

Bakıda məşhur restoran sökülür

Xəbər verildiyi kimi, Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metrostansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla sözügedən ünvanda bəzi obyektlər sökülür.

Ens.az bizim.media-ya istinadən xəbər verir ki, sökülən obyektlərdən biri də Akademik Şəfayət Mehdiyev küçəsi, 177A ünvanında yerləşən “Antrikot” restoranıdır. Yeni yolun tikintisi ilə əlaqədar artıq restoranın söküntü işlərinə başlanılıb.

Məlumat üçün bildirək ki, Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Söküntü, köçürülmə və digər məsələlərlə də məhz Agentlik məşğul olur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR