Slimfit
  1. TƏBİƏT

Bakıdakı külək təhlükəli həddədir? - Açıqlama

Bakıdakı külək təhlükəli həddədir? - Açıqlama
Sakura

Bakıdakı külək təhlükəli həddədir? - Açıqlama

Küləyin maksimal sürəti saniyədə 25 metrdən çoxdursa, artıq təhlükə deməkdir.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, hər üç ildən bir Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur:

“Bir gün ərzində küləyin maksimal sürəti saniyədə 10-12 metr olur. Daha sonra külək şiddətlənir və 15 dəqiqə ərzində sürəti saniyədə 25 metrə qalxır. Bu, təhlükə sayılır. Amma bu halın olması Bakı üçün gözlənilməz hal deyil”.

Məhərrəm Həsənov qeyd edib ki, güclü küləyin əsməsi nəticəsində Bakıda müəyyən ağaclar aşa bilər:

“Eyni zamanda, yaxşı bərkidilməmiş bəzi binaların damı aşa bilər. Elə bir böyük fəsad törədəcək hadisələr olmayacaq. Küləyin binanı uçurması, avtomobili aşırması ehtimalı yoxdur”.

Qeyd edək ki, Azərbaycanda güclü külək sonuncu dəfə 2015-ci ildə əsib. Küləyin maksimal sürəti saniyədə 30-38 metrə çatıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR