Slimfit
  1. MARAQLI

Balinanın mədəsindən görün nələr çıxdı! - 115 stəkan, 4 butulka

Balinanın mədəsindən görün nələr çıxdı! - 115 stəkan, 4 butulka
Sakura

Ölü balinanın mədəsindən çıxanlar hər kəsi heyrətləndirib

İndoneziyada sahilə çıxan ölü balinanın mədəsindən 6 kiloqram zibil çıxıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, sahilə çıxan balina cəsədinin 9.5 metr uzunluğunda İspermeçet balinası olduğu deyilir. Balinanın mədəsində 115 plastik stəkan, 4 su plastik butulka, 25 paket, 2 başmaq, bir neçə ip və torba ilə birlikdə 6 kiloqrama yaxın zibil olub.

Balinanın ölüm səbəbi dəqiq bilinməsə də Dünya Vəhşi Həyatı Qoruma Vəqfinin nümayəndələri səbəbin, balinanın mədəsindəki zibil yığınları ola biləcəyini bildirib. 

Balinanın bu gün ərazidəki Kolovava çimərliyində basdırılacağı deyilir. 

Qeyd edək ki, 2015-ci ildə 192 ölkədə aparılan araşdırmalara görə, İndoneziya, Çindən sonra plastik tullantılarının idarə oluna bilmədiyi ikinci ölkədir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR