Slimfit
  1. TEXNOLOGİYA

Banana Phone - ən qəribə telefon

Banana Phone - ən qəribə telefon
Sakura

Banana Phone - ən qəribə telefon

Son illərdə hansı smartfonu qeyri-adi adlandırmaq olar? Artıq bu suala cavabınız olacaq. Banana Phone həqiqətən çox qəribə cihazdır. Buna siz şahid olacaqsınız.

Cihaz İndiegogo-da satılır və onun qiyməti 40 dollardır. Bu cəlbedici qiymətdir, lakin səbəb budur ki, o heç də smartfon deyil. Banana Phone Blue-tooth kommunikator kimi işləyir. O Bluetooth vasitəsilə smartfona qoşulur və bununla yanaşı onu rabitə modulu olmadığına görə tam olaraq smartfon adlandırmaq olmaz.

Cihaz üç düymə ilə təchiz olunub: səsi artırma, səsi azaltma və “Evə” düyməsi. Banana Phone zəngləri qəbul edə bilir, həmçinin Siri və ya Google Assistand ilə zəng də etmək mümkündür. Zəngə cavab vermək üçün “Evə” düyməsini sıxmaq lazımdır. Bu düymə vasitəsilə Bluetooth bağlantı yaranır.

Bir akkumulyator dolumu ilə gözləmə rejimində 70 saat, danışıq rejimində isə 10 saat işləyir. Lakin rabitə modulunun olmamasına görə belə avtonomluq təəccüblü deyil.

Banana Phone microUSB porta, Qualcomm-dan çipsetə və yenidən emal edilə bilən ekoloji təmiz plastik materiala malikdir.

Onun əsas özəlliklərindən biri elektromaqnit şüalanmasının olmamasıdır. Belə halda əgər siz özünüzü şüalanmadan qorumaq istəyirsinizsə zəngə cavab verərkən “banan”dan istifadə edə bilərsiniz.

İstehsalçı minnətdarlıq üçün gəlirin 1%-ni dağ qorillalarına yardım üçün xərcləyəcək. Cihazın satışı bu ilin sentyabr ayında başlayacaq.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR