Slimfit
  1. AZƏRBAYCAN

Baş nazirin müavini: "Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir"

Baş nazirin müavini: "Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir"
Sakura

Baş nazirin müavini: "Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir"

 “Türkiyə bölgənin ən güclü, əzəmətli dövlətinə çevrilib. Türkiyə bölgənin nəinki liderinə çevrilib, hətta dünyanın çox güclü, möhtəşəm dövlətinə çevrilib”.

Report” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Bakıda səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşündə deyib.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycan xalqı Türkiyənin uğurlarına hər zaman sevinir: “Türkiyənin uğurları bizi dost və qardaş olaraq daim sevindirir. Biz azərbaycanlı olaraq bununla qürur duyuruq. Eyni zamanda Azərbaycan da gündən-günə güclənir. Bu birlik və qardaşlıq bizim gücümüzə möhtəşəmlik qatır. İki dövlətin dostluğunun qarşısını heç bir zaman ala bilməyəcəklər. Çünki iki dövlət bir-birinə o qədər bağlıdır ki, onların dostluğunun qarşısını kəsmək qeyri mümkündür”.

“Türkiyədəki sabitlik bizi çox sevindirir. Bu da Türkiyənin qüdrətinin bariz nümunəsidir. Hesab edirəm ki, Türkiyə və Azərbaycan birlikdə daha da güclənəcək”, - deyə Ə.Əhmədov əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR