Slimfit
  1. İDMAN

'Bavariya” “Fortuna”nı darmadağın edib

'Bavariya” “Fortuna”nı darmadağın edib
Sakura

'Bavariya” “Fortuna”nı darmadağın edib

Almaniya Bundesliqasının 29-cu turunun matçında Münhen "Bavariya”sı Düsseldorfun "Fortuna” komandasını qəbul edib.

Ens.az Report.az-a istinadən xəbər verir ki,görüş Münhenin "Alyans-Arena” stadionunda baş tutub və meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə qurtarıb.

Matçda hesab 15-ci dəqiqədə açılıb. “Fortuna”nın müdafiəçisi Matias Zanka Yorqensen topu öz qapısına göndərib. Fasiləyə qədər "Bavariya"nın üstünlüyünü müdafiəçi Benjamen Pavar və hücumçu Robert Levandovski artırıb. 

Levandovski ikinci hissənin əvvəlində dubl edib, iki dəqiqə sonra isə münhenlilərinin yarımmüdafiəçisi Alfonso Devis fərqlənib.

Hazırda "Bavariya" 67 xal yığaraq, Almaniya çempionatının yarış cədvəlinə başçılıq edir. "Fortuna" isə 27 xalla turnir cədvəlində 16-cı yer tutur.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR