Slimfit
  1. MARAQLI

Bərdə sakini qeyri-adi avtomobil düzəltdi

Bərdə sakini qeyri-adi avtomobil düzəltdi
Sakura

Bərdə sakini qeyri-adi avtomobil düzəltdi

Bərdə sakini dəmir çəlləkdən qeyri-adi avtomobıl düzəldib. Əsasən yük daşımaq üçün istifadə olunan avtomıbilə 4 nəfər rahat əyləşə bilər. Bu maşın tam 5 aya ərsəyə gəlib.

Fins.az xəbər verir ki, daxili hissələri müxtəlif avtomobillərin detallarından ibarət olsa da, kabini dəmir çəlləklərdən düzəldilib..

 

Qeyri-adi avtomobil Bərdə sakini Tofiq Kərimovun beş aylıq əməyinin bəhrəsidir. Yararsız dəmir çəlləklərindən hazırlanan avtomobil iki qapılıdır. Ancaq içində 4 nəfər otura bilir. Onun sözlərinə görə, avtomobilin hazırlanmasında “VAZ”ın ehtiyat hissələrindən istifadə olunub. Sadəcə oturacaqlar xarici avtomobilindir.

Tofiq Kərimov maşını əkin sahəsində istifadə etmək üçün düzəldib və deyir ki, təsərrüfat işlərinə çox yarayır. O, hazırda əsasən yük daşıyan avtomobilin gələcəkdə iş funksiyasını artırmaq niyyətindədir.

Tofiq Kərimov deyir ki, istəyənlər üçün 2000 manata bu avtomobildən düzəldə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR