Slimfit
  1. CƏMİYYƏT

Bəy otağına cehiz əvəzinə üçrəngli bayrağa bükülü tabutu gətirilən şəhid Emin Abbaszadə

Bəy otağına cehiz əvəzinə üçrəngli bayrağa bükülü tabutu gətirilən şəhid Emin Abbaszadə
Sakura

Bəy otağına cehiz əvəzinə üçrəngli bayrağa bükülü tabutu gətirilən şəhid Emin Abbaszadə

Oğlum öz toyunda iştirak üçün icazə almaqdan imtina edib döyüşə yollandı, şəhid oldu.

Ens.Az-ın məlumatına əsasən,bunu "Report"un Qarabağ Bürosunun əməkdaşına açıqlamasında birinci ildönümü qeyd edilən lokal antiterror tədbirləri zamanı həlak olan şəhid Emin Abbaszadənin anası Nərminə Abbasova deyib.

Onun sözlərinə görə, oğlu üçün hazırlanmış bəy otağında indi ona məxsus əşyalar qorunub saxlanılır:

"Keçən il sentyabrın 17-də qız toyu idi. Oğlum Cəlilabad rayonundan olan nişanlısını özü sevib-seçmişdi. Nə qədər təkid etsək də, toyda iştirak etmək üçün icazə almadı, dedi, əsgərlərim oradadır, onların yanında olmalıyam. Qız toyundan sonra gəlinimi götürüb geri qayıtdıq, gecə saat 3-də Tərtərə çatdıq. Oğlum isə ertəsi gün şəhid oldu.

Ayın 19-da qız evindən gətiriləcək cehizlik əşyaları bəy-gəlin otağına yığmağa hazırlaşırdıq. Amma bu arzumuz baş tutmadı. Onun bəy otağına cehiz əvəzinə üçrəngli bayrağa bükülən tabutu gətirildi".

E.Abbaszadənin şəhadətə ucalmazdan bir neçə saat əvvəl xanımına göndərdiyi mesajın fotosurəti də indi onun otağında saxlanılır: "Əziz həyat yoldaşım, səni daim sevirəm və bu elə də olacaq. Başıma bir iş gəlsə, evin qızısan və adımı daim uca tut. Allaha əmanət olun".

Qeyd edək ki, Emin Abbaszadə 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medallarına, həmçinin şəhadətindən sonra isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR