Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi maraq doğurub
Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi maraq doğurub

Londonda Avropa Yer Elmləri Alimləri və Mühəndisləri Assosiasiyasının (EAGE) 81-ci beynəlxalq konfransı və sərgisi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda dünyanın tanınmış geoloqları, geofizikləri, geokimyaçıları, neft və qaz yataqlarının işlənməsi üzrə mütəxəssisləri, ekoloqları, yer elmləri üzrə alimləri və mütəxəssisləri iştirak ediblər.
Neft və Qaz İnstitutunun elmi katibi, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynovanın “Cənubi Xəzər hövzəsinin qərb bortunun karbohidrogen sistemlərinin geokimyəvi tədqiqi və modelləşdirilməsi” mövzusunda məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.
Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.
-
Alimlər aydınlaşdırdı: insan komada olarkən nə hiss edir
favorite0visibility239 -
Elm təkzib etdi: Sağlamlıq haqqında hələ də inandığımız 6 tibbi mif
favorite0visibility263 -
Şamaxı Rəsədxanası Nasa-nı ittiham etdi: "Yalan məlumat yayıb"
favorite0visibility291 -
Zəngli saatla oyanmaq bu xəstəlikləri yaradır
favorite0visibility106
-
0
-
0
-
0
-
0
-
0
- 0 Şərh
-
Şərhi göndər