Slimfit
  1. PSİXOLOGİYA

Beyninizi 100% azad edin: məhsuldar şəxsiyyətin qaydaları

Beyninizi 100% azad edin: məhsuldar şəxsiyyətin qaydaları
Sakura

Beyninizi 100% azad edin: məhsuldar şəxsiyyətin qaydaları

Hər bir gündəlik iş enerjimizin bir hissəsini aparır. Maksimum məhsuldar işləmək üçün bu işləri kənara çəkməyi öyrənmək lazımdır. Tədqiqatçı Ceyms Klir bunu necə etmək lazım olduğunu deyir.

Ceyms Klir həyatınızın təkmilləşdirilməsi və faydalı dayanıqlı vərdişlərin yaradılmasına elmi yanaşmalardan yazır.

Təsəvvür edin ki, beyniniz kompüterdir. Günün əvvəlində o qoşulur və sizin üçün resurslarının 100% gündəlik istifadəsi mümkündür. Amma siz öz siyahınıza hansısa tapşırığı əlavə edən kimi onun üçün kompüterinizin kiçik bir hissəsi ayrılır.

Əgər siz səhər poçtu yoxlayıb sonra cavab verməli olacağınız üçn mesaj görürsünüzsə, tutaq ki, bu kompüterinizin yaddaşının üç faizini tutut. Əgər sizə uşağı məktəbdən sonra məşqə aparmaq və ya mağazaya getmək lazımdırsa, bu da əlavə yaddaş tutur. Nə qədər yekunlaşdırılmamış tapşırıq varsa, bir o qədər yaddaş da onların yadd saxlanılması, düşünülməsi, narahatlığı və planlaşdırılmasına gedir. Beynizin belə ikinci səviyyəli tapşırıqlarda daim dolursa, onda daha ağlabatan işlər üçün onun resursu nə qədər qalacaq? 70%? 50%? Yoxsa daha az?

Ən vacib işləri yayınaraq görmək - rezin papaq olmadan üzgüçülük üzrə qızıl medal qazanmaq kimidir. Bölünmüş diqqət sizin mental suyunuzda şişən və sizi tormozlayan saçların sıx qatıdır. Əgər siz öz diqqətinizi həddindən artıq çox istiqamətə ayırsanız, siz sadəcə iflic olacaqsınız.

Üzgüçülər anlayırlar: mümkün ən yaxşı nəticəyə nail olmaq üçün onlara yolundakı hər şeyi aradan qaldırmaq və yarış zamanı onları tormozlayanı (saçları) örtməsi lazımdır. Bu həm də sizin gündəlik işləriniz, ailə öhdəlikləri və ya yaranmış təcili vəziyyətlərə aiddir: siz imkanlarınızın maksimum həddində çalışmaq istəyəndə, sizə dərk edilmiş seçim etmək - müəyyən müddət üçün bütün yayındıran amillərə qapalı olmaq lazımdır.

Mən özümü maksimum məhsuldarlıq üzrə ekspert hesab etmirəm - mən də bütün bu məsələlərin üzərində sizin kimi işləyirəm. Amma mən lazım olan anda lazım olan işi görmək şansını artıran müəyyən addımlar etmişəm və onları sizinlə bölüşmək istəyirəm.

Vaxtı deyil, enerjini idarə edin 

Mən hiss etdim ki, mənim yaradıcı enerjim səhərlər daha güclüdür. Bu zaman mən özümü təzə hiss edirəm və özümün ən yaxşı yazılarımı yazıram. Bu zaman mən biznesimdə ən doğru strateji qərarlarımı verirəm. Buna görə də, mən yaradıcı məsələləri səhərə planlaşdırıram. Bütün qalan biznes məsələləri - həmçinin müsahibə, məktublara cavab, telefon zəngi, məlumatların analizi, hesablamalar günorta həll olunur. Məhsuldarlığın artırılması üzrə bütün strategiya praktik olaraq vaxtı daha yaxşı idarə etməyə yönləndirilib, amma sizdə tapşırığı yekunlaşdırmaq üçün kifayət qədər enerji yoxdursa, vaxt faydasızdır.

Poçtu günortaya qədər yoxlamayın

Əgər mən poçtu səhər yoxlayıramsa, onda səhəri özümün deyil, başqalarının planlarının reallaşdırılmasına sərf edə bilərəm. Bu çox vacibdir, çünki mən poçt qutumda olan bütün bu məktublar haqqında düşünərək əqli enerjimi sərf etmirəm. Mən anlayıram ki, bir çox insanlar üçün günortanı gözləmək real deyil, amma mən sizə bir çağırış etmək istəyirəm. Səhər 10-a qədər gözləyə bilərsiniz? Bəs 9-a? Bəs 8:30-a qədər? Dəqiq vaxta fikir verməyin. Bu strategiyanın mənası - dünyaya sizin əqli vəziyyətinizi idarə etməsinə imkan verməyərək, səhər özünüzə sizin üçün ən vacib işi görmək üçün müəyyən qədər vaxt verməkdir.

Telefonu başqa otağa qoyun.

Günün ilk bir neçə saatında mən adətən telefonumu görmürəm. Sizin heç bir mesaj, zəng və ya işinizdən yayındıran bildirişiniz yoxdursa, diqqət yönümlü iş görmək daha asandır.

Tam ekranlı rejimdə işləyin.

Kompüterimdə bütün proqramlar tam ekran rejimində işləyir. Əgər mən internetdə məqalə oxuyuramsa, mənim brauzerim bütün ekranı tutur. Əgər mən Evernote-da qeyd yazıramsa, yenə tam ekran rejimində işləyirəm. Əgər şəkli Photoshop-da redaktə edirəmsə, mən ondan başqa heç nə görmürəm. Mən elə etmişəm ki, menyu sətiri ekranda avtomatik olaraq itir. İşləyərkən mən vaxtı, digər proqramların ikonlarını və ekrandakı digər yayındırıcı amilləri görmürəm. Gülməlidir, amma bu böyük rol oynayır. Əgər siz ikonu görürsünüzsə, sizdə vaxtaşırı onu basmaq meyli yaranır. Əgər bu vizual göstərişləri aradan qaldırsaq, onda bir neçə dəqiqəlik yayınmaq istəyi yoxa çıxır.

Səhər konsentrasiyasına mane olan bütün tapşırıqları aradan qaldırın.

Mən ən vacib işləri cari işlərin məni hələ yayındırmadığı səhər tezdən etməyi sevirəm. Mən hətta günortalar yemək yeməyə başlamışam (axşam 8-də yeyirəm) və nəticədə səhərlər mənim əlav vaxtım yaranıb ki, həmin vaxtı mən səhər yeməyinin hazırlanmasına sərf edib yayınmıram.

İlk növbədə yaradıcı iş

Özünüzün iş rejiminizdə edə biləcəyiniz ən əsas dəyişiklik əvvəlcə yaradıcı işi görmək, sonra isə xarici şərtlərə reaksiya tələb edənləri etməkdir. Bu hər gün telefonu və poçtu söndürərək, yaradıcı əməyə əhəmiyyətli vaxt aralığı ayırmaq deməkdir. Vacib işlər üçün özünüzə vaxt və məkan vermək - mental tormozladan yayınmağın ən yaxşı üsuludur.

 

Mənbə: İdeonomika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR