Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Beyninizi 7 günə gəncləşdirin! - Alman professorun möhtəşəm proqramı

Beyninizi 7 günə gəncləşdirin! - Alman professorun möhtəşəm proqramı
Sakura

1 həftədə beyninizi gəncləşdirmək istəyirsiniz? Bu çətin deyil!

1 həftədə beyninizi gəncləşdirmək istəyirsiniz? Bu çətin deyil!
 
Medicina.az sizə alman professorun  65 yaşdan artıq 1000 nəfər üzərində sınaqdan keçirilmiş proqramını təqdim edir: 
 
Birinci gün
 
Səhər işə velosipedlə, piyada və çalışın hər dəfə fərqli marşrutla gedin. Axşam yeməyində isə yağlı balıq yeyin.
 
İkinci gün
Lüğətdən bilmədiyiniz sözləri öyrənin və  bu kəlmələri gün boyu söhbət edərkən cümlədə istifadə etməyə çalışın. 
 
Üçüncü gün
 
Pilates, yoqa, meditasiya və ya musiqi ilə məşğul olun. Tanımadığınız insanlarla ünsiyyətə girin. Axşam evə gəldikdən sonra bu söhbətlərin yaddaşınızda nə dərəcədə qaldığını yoxlayın.  
 
Dördüncü gün
 
İşə gedərkən, daha əvvəllər istifadə etmədiyiniz yolla gedin və yolları qarışdıraraq uzadın. Axşam isə yolda diqqətinizi nələrin çəkdiyini qeydə alın. Televizorda təbiət haqda sənədli film və ya iqtisadiyyat proqramlarını izləyin. Səhər filmin və verilişin məzmununu xatırlayaraq yaddaşınızda nələrin qaldığını yoxlayın. 
 
Beşinci gün
 
Alkoqol və kofein kimi içkilərdən imtina edin. Alış-veriş üçün siyahı hazırlayın. Soyuducuda olan ərzaqları yoxlayın və marketə gedərək "bundan evdə vardı? markası nə idi?” deyə düşünün. 
 
Altıncı gün 
 
Yeməyi hər dəfə yediyiniz əlinizlə deyil, digər əlinizlə yeyin. Günü isə gözləri bağlı şəkildə duş alaraq başa vurun.  
 
Yeddinci gün 
 
Səhər oyandıqda 1 saat müddətində krossvord edin və ya puzzle düzəldin. Daha sonra gəzməyə çıxaraq krossvorda olan sözləri və puzzle parçalarını xəyalınızda canlandırın. Evə qayıtdıqda yenidən krossvordu həll etməyə və ya puzzle yığmağa davam edin. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR