Slimfit
  1. İDMAN

Bild: "Bavariya" bu gün yeni baş məşqçisini açıqlayacaq

Bild: "Bavariya" bu gün yeni baş məşqçisini açıqlayacaq
Sakura

Almaniyanın “Bavariya” klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirəcək

Almaniyanın “Bavariya” klubunun rəhbərliyi bu gün mətbuat konfransı keçirəcək.

Report”un “Bild”ə istinadən verdiyi məlumata görə, Münhen klubunun prezidenti Uli Höness, İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge və idman direktoru Həsən Salihamiciçin qatılacağı tədbirdə baş məşqçi Niko Kovaçın istefasının və onun xələfinin açıqlanacağı gözlənilir.

Nəşr iddia edir ki, sözügedən “üçlüy”ün sonuncu dəfə 9 oktyabr 2017-ci ildə Yupp Haynkesin baş məşqçi qismində təqdimat mərasimində iştirak etməsi belə düşünməyə əsas verir. Uğursuz nəticələrdən sonra U.Höness N.Kovaçla yola davam etmək istədiklərini qətiyyətlə söyləsə də, digər ikili heç bir açıqlama verməyib.

N.Kovaç bu ilin aprelində “Bavariya”nın baş məşqçisi təyin olunub. O, ötən mövsümün yekununda “Ayntraxt”ı tərk edərək, yeni işinə başlayıb.

Münhen klubu Bundesliqada 7 turdan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb. Çempionlar Liqasında E qrupunda yer alan “Bavariya” ilk turda “Benfika”nı Portuqaliyada 2 cavabsız qolla məğlub etsə də, ardıncə evdə Hollandiya “Ayaks”ı ilə bərabərə qalıb - 1:1.

Qeyd edək ki, “Bavariya”nın baş məşqçi postuna əsas namizəd kimi 3 fransalı mütəxəssis – Arsen Venger, Zinəddin Zidan və Loran Blan göstərilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR