Slimfit
  1. MARAQLI

Bill Qeyts həyatındakı "ən böyük səhv" haqqında danışdı

Bill Qeyts həyatındakı "ən böyük səhv" haqqında danışdı
Sakura

Bill Qeyts həyatındakı "ən böyük səhv" haqqında danışdı

Microsoft həmtəsisçisi Bill Qeyts şirkət rəhbəri vəzifəsində hansı səhvə görə özünü qınadığından danışıb. Forbes siyahısında ikinci olan əmindir ki, mobil cihazlar üçün iOS alternativini Google deyil, Microsoft yaratmalı idi, amma bu Android oldu.

Ens.az xəbər verir ki, Bill Qeyts Village Global verçur fondundakı tədbirdə çıxış edib. Milyarder Amazon rəhbəri Ceff Bezos və facebook rəhbəri Mark Zukerberqlə birlikdə ən məşhur investorlarından biridir.

Qeyts qeyd edib ki, xüsusilə mobil platformalar sahəsindəki proqram təminatı bazarında “qalib hər şeyi əldə edir”: keyfiyyətli məhsulu ilk hazırlanayn şirkət lider olur. Milyarder hesab edir ki, dünyada Apple ilə rəqabət apara biləcək bircə əməliyyat sistemi üçün yer var.  “Sizdə proqramların yarısı və ya 90%-i varsa - siz onda uğursuzluq yolundasınız", Qeyts bildirib. “Mənim ən böyük səhvim - pis rəhbərlikdir ki, bu da Microsoftun Androidin - Apple şirkətinin məhsulu olmayan smartfonlar üçün standart platformanın yerində olmağına mane oldu”. Qeytsin fikrincə, Microsoft üçün bu yerin fəthi “adi iş” idi. “Bunun dəyəri nədir? G şirkətindən M şirkətinə keçə biləcək 400 milyard dollardır”, - milyarder yekunlaşdırıb.

Microsoft 2000-ci ildən bəri əvvəldən Windows Mobile adlanan mobil əməliyyat sistemini inkişaf etdirir. 2010-cu ildə onu Windows Phone platforması əvəz etdi, 10-cu versiyada isə Mobile adı qaytarıldı. Bu əməliyyat sistemi ilə əsasən Nokia smartfonları buraxılırdı ki, 2014-cü ildən 2016-cı ilədək Microsoft-a məxsus idi. Windows Phone mobil platformalar arasında populyarlıqda üçüncü yeri tuturdu, amma dəfələrlə rəqiblərindən fərqli olaraq böyük proqram müxtəlifliyi ilə seçilməyərək iOS və Android-i üstələyə bilmirdi. Möcvud olan proqramlar yeni funksiyaları və yenilənmələri iki əsas platformadan daha gec əldə edirdi və ya ümumiyyətlə əldə etmirdi. Nəticədə 2018-ci ilin 24 yanvar tarixində Microsoft Əs-nin aktiv hazırlanmasını dayandırmağa qərar verdi, 2019-cu ilin dekabr ayının 10-dan isə platformanın əsas dəstəyini də bitirəcək.

Qeytsin sözlərinə görə, proqram təminatı bazarında kiçik fərqliliklər müəyyənləşdiricidir. “Buna görə də hər axşam siz fikirləşirsiniz: Bəs bu uğursuz olarsa? Sonda biz ən vacib bir məsələdə uğursuzluğa düçar olduq”.

Qeyts öz çıxışını davam etdirərək qeyd edib: səhvlərə və hökumətlə məhkəmələrə baxmayaraq, Microsoft məhsulları hələ də bazarda qiymətləndirilir. “Beləliklə, biz aparıcı şirkətlərdən biriyik. Bunu düz etsəydik (özümüzün Android sisteminizi yaratsaydıq), mütləq lider olardıq. Hər halda”, - milyarder yekunlaşdırıb.

Qeyts əlavə edib ki, proqram təminatı bazarında sərt rəqabət bu sahədə çalışanlardan çoxsaylı qurbanlar - ilk növbədə istirahət günləri və həftə sonlarından imtinanı tələb edir. Qeyts əvvəllər bildirmişdi ki, o, cavanlıqda həftə sonlarına böyük əhəmiyyət verməyib. Biznesmendən onun fikirlərinin bu illər ərzində dəyişdiyini soruşduqda belə cavab verib: xeyr. “Doğrudur, mən həftə sonları, bayramlara inanmırdım. Mən hər bir əməkdaşın avtomobil nömrəsini bilirdim və onların dayanacaqdan nə vaxt getmələri və gəlmələrini deyə bilərdim”, - Qeyts deyib. O, qeyd edib ki, sonra artıq 30 yaşından sonra o, həftə sonlarını sevib, onun sevgilisinə də “tətillər xoş gəlirdi”.

Milyarderlərin sözlərinə görə, indi o, çox istirahət edir və 20 yaşlı əvvəlki Qeyts ona “iyrənc” kimi görünür. Qeyts fikirlərinin davamı olaraq bildirib ki, işinin ilk illərində şirkətə qarşı təmkini olacaq bir komanda yığmaq vacibdir. “Sağlamlıqla bağlı problemləri və onları yayındıran qohumları olan insanlar olacaq. Amma bəli, mən qətiyyətlə əminəm: layihələrin möcvudluğunu təmin etmək üçün hansısa mühəndislik işləri görməyə çalışırsınızsa, xüsusilə ilk illərdə bunun üçün böyük qurbanlar lazımdır”, - biznesmen yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR