Slimfit
  1. DÜNYA

Bir rəqəmi yanlış qeyd edən varis 253000 dollar mirasını itirdi

Bir rəqəmi yanlış qeyd edən varis 253000 dollar mirasını itirdi
Sakura
:0

Bir rəqəmi yanlış qeyd edən varis 253000 dollar mirasını itirdi

Britaniyada banka yanlış kod göndərən əlil pensioner onun üçün nəzərdə tutulan 193000 funt sterlinq  (təxminən 250000 dollar - red.) dəyərində mirasını itirib. Pul səhvən başqasının hesabına köçüb.

Bu barədə “The Guardian” xəbər verib.

Məlumata görə, Britaniyanın Kembric şəhərindən olan 74 yaşlı Piter Teyc səhvini bacısı mirasın özünəməxsus hissəsini aldıqdan sonra anlayıb. O, dərhal əməliyyatların həyata keçirildiyi “Barclays”a zəng vurub. Bankdan bildirirlər ki, atasından miras qalan pul həftə ərzində bərpa olunacaq.

Lakin ən pis məsələ o idi ki, mirası səhvən alan şəxs onu qaytarmaqdan imtina edib, şirkət isə həmin müştərinin adını açıqlamaq istəmir. Bundan başqa “Barclays” bu işdə məsuliyyətin Teycdə olduğunu bildiririb.

“Mən kodu yazmağımla bağlı səhvimi etiraf edirəm. Ancaq “Barclays”ın konteksindən baxanda mənim səhvim gözə görünmür”, - deyə varis bildirib.

Nəticədə, zərərçəkən hüquqi xidmətləri ödəmək və mirası səhvən götürən digər müştərinin adını öyrənmək üçün 12000 funt sterlinq, məhkəmədən qarşı tərəfin hesabını dondurmaq üçün isə 34000 funt sterlinq xərcləyir. Ancaq sonunda məhkəmə qarşı tərəfi pulu ödəməyə məcbur edə bilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR