Slimfit
  1. İQTİSADİYYAT

“Biz işləmək üçün deyil, həyatdan zövq almaq üçün doğulmuşuq”. Cek Manın biznes qaydaları

“Biz işləmək üçün deyil, həyatdan zövq almaq üçün doğulmuşuq”. Cek Manın biznes qaydaları
Sakura

Alibaba-nın təsisçisi və Çinin ən varlı sahibkarlarından biri Bill Qeytsə həsəd apardığını necə dayandırması,…

Bu həftə daha əvvəl ingilis dili müəllimi olan Cek Ma dünyada ən çox müzakirə edilən milyarder olmağa nail oldu. Bunun üçün ona ötən şənbə günü honkonq qəzeti olan South China Morning Post-a müsahibə vermək kifayət idi, onun sözlərinə görə ən varlı çinli (Forbes-un qlobal siyahısında 20-ci, sərvəti 39 milyard dollardır) son on il ərzində Alibaba şirkətini (iki onliik ərzində inkişaf etdirdiyi və 2014-cü ildə 25 milyard dəyərində IPO-ya sahib dünyanın ən böyük şirkətlərindən birinə çevrilən) tərk etməyə hazırlaşıb. Bazar ertəsi Ma öz planlarını dəqiqləşdirdi: o Alibaba şirkətinin idarə heyətinin sədri vəzifəsini baş direktor Daniel Çjana həvalə edəcək, özü isə direktorlar şurasına keçəcək, nəhayət bir neçə ildən sonra tamamilə şirkəti tərk edəcək.

Ma 1999-cu ildə Alibaba şirkətini yaratmazdan əvvəl saytların hazırlanması şirkətinə rəhbərlik edib. Onu 1995-ci ildə layihəyə 200 min dollar yatıraraq açdı və üç ildən sonra 800 min dollar qazandı. Daha əvvəl isə Ma böyük şirkətlərə muzdlu işçi olmaq üçün baş vurub və nəticəsiz sonlanıb. Ondan 30 şirkətdə imtina etdilər, məs.: KFC-də o 24 namizəddən müsahibəni keçməyən yeganə insan olub. Harvard biznes məktəbində onun sənədlərini on dəfələrlə rədd ediblər. Bu da onu göstərir ki, bu gün bəzi çin evlərində Cek Maya hərfi mənada pul tanrısı kimi baş əyirlər.

Forbes dünyada internet-ticarət bazarını dəyişən, hal-hazırda təqaüdə çıxmağa  və özünü tamamilə xeyriyyəçiliyə həsr etməyə hazırlaşan çin pul tanrısının ən parlaq fikirlərini xatırlayıb.

Bu gün hər şey çətindir, sabah daha çətin olacaq, iki gün sonra isə hər şey əla olacaq. Amma bizdən çoxu sabah axşam öləcək.

Rusiyada insanlar problemlər haqqında çox danışırlar. Mən isə hesab edirəm ki, indi gələcək haqqında düşünmək üçün tam zamanıdır. Bir sahibkar kimi də mən gələcəyə hər zaman nikbinliklə baxıram.

Biznes - toy kimidir. “Ok, sən yaxşısan, gəl evlənək” - bu belə asanlıqla işləmir. Evlənməzdən əvvəl bir müddət görüşmək, bir-birini daha yaxşı tanımaq lazımdır, yəni bizə yaxşı “qayğı” təcrübəsi lazımdır.

Biz təsisçi deyil, komanda axtarırıq. Biz komandanın gördüyü işə inanmasının çox vacib olduğunu hesab edirik. Məsələn, bir neçə il əvvəl çin bazarında biz eBay ilə rəqabətə başladıq. Biz komanda kimi öz bazarımızı sevirdik və inanırdıq ki, onu 10-20 il ərzində yaxşılaşdıra bilərik. Bundan əlavə, bizim geri çəkilməyə yerimiz yox idi: eBay-dan fərqli olaraq bizdə ancaq çin bazarı var idi və biz qalib gəldik.

Biz yatırım etdiyimiz partnyor tapdıqda, onlara kömək edirik, onların uğur qazanmalarına mane olmuruq. Bununla bizim model amerikan qloballaşmasından fərqlənir. Amerikalılar ən böyük səhmdarlar olmaq istəyirlər. Biz isə partnyorlar axtarırıq, pul yatırırıq və hesab edirik ki, biz deyil, şirkətdə onlar birinci olmalıdır.

İnsanlar bizim hansı istiqamətdə hərəkət etdiyimizi anlamırlar, çünki bizi şirkət hesab edirlər. Biz özümüzü şirkət deyil, gələcəkdə dünya ticarətini dəyişdirəcək təşkilat hesab edirik. Bizim ilk vəzifəmiz kiçik şirkətlərin işini asanlaşdırmaqdır. Biz onlara lazım olanı verən platforma qururuq - maliyyə alətləri, logistika xidməti, məlumatların toplanması, trans-sərhəd ticarət imkanları. Biz yaxın 10 ildə özümüzü belə görürük.

Artıq indi hazırlaşmalı olduğumuz növbəti 10 ildə biz iki H üzərində fokuslanacağıq: health (“sağlamlıq”) və happiness (“xoşbəxtlik”). Birinci halda o nəzərdə tutulur ki, biz sağlamlığın qorunmasına pul yatıracağıq. Xoşbəxtlik dedikdə isə söhbət kino, teatr və digər əyləncələr və gənc insanlar üçün kommunikasiya vasitələrindən gedir. İnsanlar özünü itirir, deyirlər ki Alibaba hər yerdədir, amma biz kiçik biznesdə və iki H-da fokuslanmışıq.

Hər səhv bir nailiyyətdir. Məsələn, altı il əvvəl biz ilk növbədə nəyə yatırım etməyi həll edirdik - bulud yoxsa mobil texnologiyalar. Biz qərar verdik ki, “bulud”dan başlamaq lazımdır. İki il sonra mobil inqilab başladı və biz ona çatmağa cəhd etməli olduq. Biz o qərarı səhv adlandıra bilərik və ya o anda etdiyimiz strateji seçim kimi qələmə verə bilərik. Amma biz ayıldıq və qısa zamanda strategiyanı dəyişdirdik. İndi biz mobil onlayn ticarət seqmentində dünyada ən böyük şirkətik.

Mən təxminən 12 ildir ki, məvacib almıram. Buna görə də pulu necə xərcləməyi bilmirəm. Mənə nəsə lazım olanda başqasına pulu verib almasını xahiş edirəm. Mənim ümumiyyətlə saat və üzüyüm belə yoxdur. Mən artıq 30 ildir ki, saat gəzdirmirəm: indi sadəcə onların nə üçün lazım olduğunu anlamıram, çünki vaxtı smartfondan öyrənə bilərəm.

Mən bir neçə vacib şeyi öyrəndim. Birincisi, təslim olmaq olmaz. İkincisi, sizin şansınızın hələ yetişmədiyi barədə düşünmək lazımdır. Gənc olarkən mən Bill Qeyts barədə eşitdim və onun mənim edə biləcəklərimi artıq etdiyini düşündüm. Mən kədərləndim, çünki düşündürdüm ki, o məndən uğuru aldı və o zaman personal kompüterlər üçün proqram təminatı sahəsində olan bütün imkanları istifadə etdi. O zaman mən düşündüm: “Ola bilər ki, mən çox yuxarıdan getdim, mənim kiçik şeylərdən başlamağa cəhd etməyim və məni əhatə edən insanlar üçün nəsə bir şey etməyimdaha yaxşı olar?”

Uğur qazana bilməyən insandan nə üçün ona nail ola bilməməsini soruşun. Əgər o bu məsələdə başqasını günahkar hesab edirsə, onun heç bir şansı yoxdur. Belə ancaq uğursuz insanlar deyə bilər. Şansı qalanlar başqa cür danışır. Onlar nədəsə səhv buraxdıqlarını və nəyisə etmədiklərini etiraf edirlər. Mən məhz belə insanlardan öyrəndim ki, onlar səhv edirlər, amma bunda heç kimi günahlandırmırlar, əksinə səhvlərdən dərs götürürlər. Mən də öz şəxsi səhvlərimdən çox şey öyrəndim. Bu mənim həyat prinsipimdir. Nə vaxtsa bir şey alınmayanda mən deyirəm: “Nə edək, alınmadı”. Əksinə, bir şeyə nail olanda mən deyirəm: “Əla! Mən bunu edə biləcəyimə inanmırdım”. Mənə elə gəlir ki, məhz bu məni böyük optimist edib.

Hər yüzilliyin bir əsas şirkəti var. Keçən əsrin belə şirkəti fikrimcə Microsoft idi. Amma XXI əsrin şirkəti hansı olacaq? Biz bunun Alibaba olacağını hesab etmirik. Biz düşünürük ki, pul qazanmalıyıq və bütün dünya üzrə insanlara yardım etməliyik. Ancaq belə XXI əsrdə nəyisə dəyişmək imkanımız olacaq. Bu gün biz böyük şirkətik, amma bu daha əvvəldə olduğumuzla müqayisədə belədir. Amma biz gələcəkdə ola biləcəyimizlə müqayisə etsək, onda biz hələ də kiçik şirkətik. Biz istəyirik ki, Alibaba əsrin şirkəti olsun. Biz elə etmək istəyirik ki, Alibaba bütün dünyada kiçik və orta biznesi stimullaşdırsın. Biz istəyirik ki, gənclər daha asanlıqla inkişaf edə bilsin. Biz istəyirik ki, qadınlar üçün onlayn iş yerlərinin sayı artsın. Biz bunu etmək istəyirik və bundan bir çoxunu Çində, Cənub-şərti Asiyada, Hindistanda, ABŞ və Kanadada artıq edirik.

Gələcəkdən narahat olmayın və texnologiyalardan qorxmayın. Zənnimcə, gələcək hər kəsə, xüsusilə gənc insanlara imkanlar verəcək. İtirəcək bir şey yoxdur, doğrudur? Eyni şeyi mən özümə 18 il əvvəl nə pulumuz, nə də texnologiyamız olmayanda demişdim. Biz o zaman inanırdıq ki, 10-20 il sonra elektron ticarət iqtisadiyyatın çox böyük sahəsi olacaq, buna görə də biz indi bununla məşğul olsaq, bizim şansımız yaranacaq. Buna baxmayaraq o zaman bir çox ağıllı, təcrübəli insanlar və şirkətlər elektron ticarətə inamsız yanaşırdı, amma biz uğur qazanacağımıza inanırdıq.

Əməkdaş rəhbərdən ağıllı olmalıdır. Sizin əməkdaşınızın vərdişləri sizdə olandan daha yaxşı olmalıdır. Əgər onlar daha az bilirlərsə, onda siz uyğun insanı işə götürməyibsiniz.

Mən hər zaman özümə deyirəm ki, biz işləmək üçün deyil, həyatdan zövq almaq üçün doğulmuşuq. Biz bir-birimiz üçün dünyanı daha yaxşı etmək üçün buradayıq. Əgər siz bütün ömrünüzü işdə keçirsəniz, onda əlbəttə ki, bundan təəssüf edəcəksiniz. Əgər sizin məqsədiniz puldursa, onda siz öz düşüncənizi dəyişməlisiniz.

Əgər siz doğru istiqamətdə gedirsinizsə, pul özü sizi tapacaq. Bu məhz belə işləyir. Belə deyənlər üçün: “Mənim pulum olsaydı, bunu edərdim”, mən hər zaman cavab verirəm: “Sizin heç vaxt pulunuz olmayacaq. Əgər siz həqiqətən nəyisə etmək istəyirsinizsə, onu pulsuz edin. Əgər siz nəticəyə nail olsanız, pul özü sizin hüzurunuza gələcək.

30 il sonra Time üzlüyündə ilin baş direktoru qismində robot ola bilər. O daha yaxşı yadda saxlayır və daha sürətlə hesablayır, həmçinin rəqiblərlə mübahisə etmir.

Əgər Cek Ma uğurlu ola bilirsə, onda insanların 80%-i bu uğura nail olmağı bacarar. Mənim maliyyə savadım olmayıb. Mənim varlı atam və ya hökumətdən hansısa məmurlarla münasibətim olmayıb.

Mən biznesə başlayanda, öz adamlarıma bunu dedim: “Hökumətə vurulun, amma onunla evlənməyin, ona hörmət edin”. Bir çox insanlar deyir ki, dövlət senzuranı tətbiq edir, interneti məhdudlaşdırır və s. Mən düşünürəm ki, bizim imkanlarımız və vəzifəmiz onlara interneti necə kömək edə biləcəyini izah etməkdir”.

Mən dostumun evində “Forrest Qamp” filminə baxmışdım. Mən ona dedim: “Biz bu oğlandan öyrənməliyik!” Gördüyünüz, sevdiyiniz işə inanın. Sadə olun - insanların xoşuna gəlsə də, gəlməsə də.

Əgər biz sürətlə hərəkət etməsək, bizdə problemlər yaranacaq. Əgər biz nəyinsə yaxınlaşdığını görürüksə, onda artıq indidən hazırlaşmaq lazımdır. Bir şey nə qədər işləyirsə, onu düzəltmək lazımdır.

Mən düşünürəm ki, növbəti 30 ildə insanlar gün ərzində ancaq 4 saat, bəlkə də həftədə 4 gün işləyəcəklər. Mənim babam fermada gün ərzində 16 saat işləyirdi və düşünürdü ki, çox məşğuldur. İndi biz həftənin 5 günü, gün ərzində 8 saat işləyirik və düşünürük ki, biz çox məşğuluq.

Mən ümid edirəm ki, 15 il sonra insanlar elektron kommersiyanı unudacaqlar, çünki onlar bunun elektrik kimi olduğunu düşünəcəklər. Heç kim bunun yüksək texnologiyalar olduğunu düşünmür.

İlk sənaye inqilabı Birinci Dünya Müharibəsinə gətirib çıxardı, ikinci İkinciyə, indi isə üçüncünün astanasındayıq, bəs nə baş verəcək? Ümid edirəm ki, bu yoxsulluq, xəstəlik və s. Qarşı müharibə olacaq.

Məqalə hazırlanarkən bu materiallardan istifadə olunmuşdur: RBCHarvard Business ReviewVC.ruCNBC və The Huffington Post

 

Mənbə: Forbes.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR