Slimfit
  1. CƏMİYYƏT

"Bizim dövr" qəzetinin həbsdə olan baş redaktoru Surxay Əliyevə və müavininə cəza istənilib

"Bizim dövr" qəzetinin həbsdə olan baş redaktoru Surxay Əliyevə və müavininə cəza istənilib
Sakura

"Bizim dövr" qəzetinin həbsdə olan baş redaktoru Surxay Əliyevə və müavininə cəza istənilib

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təklif edib.

Vəkillər çıxış üçün vaxt istəyib.

Məhkəmə fevralın 12-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham edilirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR