Slimfit
  1. İQTİSADİYYAT

Biznesdə risklərin idarə olunması - Risk haqqında bilməli olduğunuz hər şey

Biznesdə risklərin idarə olunması - Risk haqqında bilməli olduğunuz hər şey
Sakura

Biznesdə risklərin idarə olunması - Risk haqqında bilməli olduğunuz hər şey

Risk hər zaman biraz müəmmalı birazda çətin anlaşılan bir mövzüdür. Həyatın hər bir sahəsində, qərarların qəbul edilməsi zamanı, istirahət edəndə və hətta evimizdə sakit yatanda belə risk hər zaman bizi izləyir. Risk nədən yaranır və onun öyrənilməsi ilə kimlər məşqul olur?

Hərbi və dövlət mövzularından başqa ən çox risk sahibkarları və bizneslə məşğul olan insanları maraqlandırır. Ancaq çox hallarda riski aşkar etmək və onu idarə etmək üsullarının tapılması çətindir.

Wikipedia bu haqda belə yazır. Risk ( lat. ”azaltmaq”, qədim - yunan. “təhlükə”) hər hansısa bir situasiyada ola biləcək hadisənin və bu hadisənin verə biləcəyi ziyanın toplamıdır. Xoşa gəlməz hadisənin olması ehtimalını bilərək, pozitiv hadisənin ehtimalını hesablayırlar. Düstur isə belədir: P+= 1- (-P). Ensklopediya riski bir çox mənalarda təqdim edir

. ✦ Bilinməməzlik situasiyası və bundan əmələ gələn risklər

✦ Qısa mənada - təhlükənin olma ehtimalı (gündəlik həyatda tez tez işlətdiyimiz risk mənasında)

✦ Biznesdə - şirkətin reputsiyasını qaldıran və ya azaldan, pul şəklində ziyan/mənfəət effekti verən, bilinməyən bir hadisənin pozitiv və ya neqativ nəticə verməsi.

✦ Kontroldan çıxmış hər hansısa bir situasiya və bununla bağlı olan faktorlar. Siyahını dahada böyütmək olar ancaq əsas məsələ elmi olaraq bu mövzünü hansı sahələr araşdırır onu bilmək lazımdır. Risk hər zaman insanların gələcəkdə baş verə biləcək hər hansısa hadisəyə verdikləri ehtimal və gözləntilər fonunda yaranır. Bəzən gözlədiyimizdən daha yaxşı və ya daha pis nəticələr əldə edə bilərik.

Maliyyə dünyasında risk - yuxarıda qeyd etdiyimiz kimi hadisənin baş vermə ehtimalı ilə insanların bu hadisəyə münasibəti fonunda yaranan bir termin kimi baxılır. Burada potensial olaraq hər hansısa bir aktivə pozitiv/neqativ təsirlərin olması ehtimalı nəzərdə tutulur. Bunun üçün maliyyəçilər 3 zamanda analiz etməli olurlar ( bu fərqli modellər haqda ətraflı araşdırmamızı gələn yazılarımızda bildirəcəyik ). Keçmiş - ən çox istifadə olunan instrument və modellər bu zaman periodundakı məlumatlardan istifadə etməklə işənilir. İndiki - daha çox reallığa əsaslanan və keçmişdəki məlumatların nəticələrinin indiki zamanla uyğunlaşması üzərində qurulmuş məntiqi və riyazı modellər. Gələcək - əldə olunan nəticələrin ehtimal və risk nəzəriyyəsi köməyi ilə proqnoz edilməsi.

Black - Scholes nəzəriyyəsi

Professional maliyyəçilər risk dəyərləndirməsi zamanı əsasən, gələcəkdə baş verə biləcək hadisəni və onun nəticələrinin kombinasiyasını istifadə edirlər. Bu zaman hansı situasiyanın bu hadisənin olması ehtimalını artırması və hadisə baş vermədən lazım olan addımların atılması planı tərtib olunur. Ancaq nəzərə alsaq ki, aktivlər bazar tərəfindən dəyərləndirilir və baş verən bütün hadisələr inteqral olaraq qiymətə təsir edir və bu zaman risk həmən aktivlərin qiymətlərinin dəyişməsindən əmələ gəlir. Bu Black-Scholes-un dəyərləndirmə nəzəriyyəsinin nəticələrindən biridir. Tarixi olaraq risk siğorta və dəyərləndirmə teoriyalarında əmələ gəlib. İndiki zamanda isə risklər teoriyası, krizisologiyanın yəni krizislər haqda elmin bir hissəsi kimi qəbul olunur.

Riskin tərkibi fərqli xarakterlərə uyğun olaraq bölünür:

✦ Bilinməməzlik. Risk ancaq və ancaq o halda əmələ gəlirki hadisənin 1-dən çox nəticəsinin olma ehtimalı varsa

✦ Zərbə. Risk o zaman varki, əgər hər hansısa bir nəticə zərbə (ziyan) və ya başqa neqativ nəticəyə gətirib çıxarır.

✦ Analiz. Hər hansısa proqnoz zamanı neqativ nəticənin olması ehtimalı keyfiyyət və kəmiyyət metodları ilə analiz olunub və gələcəklə bağlı proqnoz edilərsə risk əmələ gəlir. Çünki analizdə səhv etmək ehtimalı hər zaman var.

✦ Dəyər. Gözlənilən hadisənin hər hansısa bir subyektin praktiki olaraq marağlarına təsir edirsə risk yaranır. Risk kiməsə və ya nəyəsə aid olmasa yarana bilməz.

Riskin funksiyaları

Riskə stimulə və müdafiə olunan funksiyalar aiddir. Stimulə olunan funksiyanın konstruktiv (müdafiə üçün nəzərdə tutulmuş instrumentlərin yaranması) və destruktiv (avanturizm, volyuntarizm) aspektləri vardır.

Müdafiə funksiyasıda 2 aspektə bölünür: tarixi - genetik (müdafiə üçün lazım olan instrumenlərin axtarışı) və sosial -hüquq (qanuni şəkildə “riskin hüquqiliyi”-nin qəbul olunması vacibliyi).

Əsas funksiyalar:

✦ Müdafiə - təsərrüfatda iqtisadi aqent üçün risk halının olması normallığı və uğursuzluqlara qarşı rasional münasibətin əmələ gəlməsi vacibliyi;

✦ Analitik - riskin olması qarşıda duran seçim zamanı düzgün qərarın verilməsi vacibliyi;

✦ İnnovasiya - problemin qeyri ənənəvi yollarla həllinin tapılması;

✦ Requlyativ - bir birinə əks olan formalarda bilinir: konstruktiv və destruktiv.

Risk barədə araşdırmalar

Bu sahə üzrə pioner Frank Naytın “ risk, bilinməməzlik və gəlir” (1921) adlı elmi işi qəbul olunur. Risk və bilinməməzlik haqda Nayt original təkliflər edərək bu mövzuya fərqli baxış gətirdi. Nayt “Bilinməməzlik radikal olaraq riskdən ayrı olaraq başa düşülməlidir çünki indiyə qədər bu iki mövzunu hər zaman bir qəbul ediblər”deyə elmi işində fikirlərini cəmiyyətə çatdırmışdı. Risk bir çox sahədə çalışan elmi və praktik insanlar tərəfindən araşdırılıb. Fəlsəfə, iqtisadsiyyat, psixologiya, riyaziyyat, sosiologiya, politologiya və.s. Əsas araşdırmalar isə psixoloqlar tərəfindən aparılıb.

Riskin psixologiyası

✦ Risk hər hansısa görülən işdə uğursuzluğun hansı dərəcədə gözlənilməsidir. Riskin həcmi baş verən neqativ hadisənin görülən işə vurduğu ziyanın həcmi ilə ölçülür.

✦ Risk hərəkət kimi hər hansısa bir subyetkə itki verə bilmə ehtimalıdır (məğlub olmaq, xəstəlik, digər zərbərlər). Motivasiya olunmuş risk - hər hansısa görülən işin sonunda əldə olunan gəlirin gözlənilinəndən artıq olması və riskə gedənin gəlir gözləntiləri fonunda risk qəbul etməsidir. Motivə olunmayan risk isə rosional fundamenti olmayan və çoxu zaman müşahidə zamanı bəraət qazanmayan riskdir.

✦ Risk seçim situasiyası kimi. Risk seçim zamanı az xoşa gələn ancaq daha etibarlı strateqiya ilə, və daha çox xoşa gələn ancaq az etibarlı strateqiyalar arasında seçilməlidir və istifadə olunmalıdır.

Risklərin idarə olunması qaydaları

Maliyyə bazarlarında çalışan insanlar daha yaxşı risk/gəlir konseptinə və onun psixologiyasına adaptasiya olurlar. Maliyyə dünyasında riskləri bir neçə klasslara: subyektiv, obyektiv, maliyyə, tekniki, fundamental, dinamik, statistik və.s kimi risk klasslarına bölünür. Biznes və ya aktivlərin idarə edilməsi ilə məşğul olan insanlar özləri risk halını araşdırıb tapmaq və ona uyğunlaşmağa çalışsalarda təcrübə qazandıqca artıq lazım olan risk konseptini qəbul etməyə məcbur olurlar. Bir çox tanınmış maliyyəçilər risk mövzusuna fərqli baxırlar. Əsasənda fikir versək görərik ki, bu sahədə uğur qazanmış şəxslərin fərqli strateqiyaları ola bilər: Soros klassik iqtisadi teoriyanı qəbul etmir, Warren Buffet isə əksinə onun tərəfdarıdır. Ancaq hər iki əfsanəvi maliyyəçilər gördükləri işdə uğur qazanıblar. Nəticə olaraq onu demək olar ki, risklərin idarə edilməsi adekvatdırsa istifadə olunan strateqiyanın fərqliyinindən asılı olmayaraq uğurlu karyera qurmaq olar. Əsas risk qəbul edərkən hansı reallıqda və situasiyada olduğumuzu və bacarıqlarımızın hansı səviyyədə olduğunu aydınlaşdırmaq lazımdır. Warren Buffet dediyi kimi : “ risk nə etdiyinizi bilmədiyiniz zaman əmələ gəlir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR