1 aprel 2020, çərşənbə
.
.
chevron_left chevron_right
GÜNDƏM

BMT-dən xəbərdarlıq: "Çəyirtkə vəbası" yayıla bilər

BMT-dən xəbərdarlıq: "Çəyirtkə vəbası" yayıla bilər

141 Baxış
BMT-dən xəbərdarlıq: "Çəyirtkə vəbası" yayıla bilər

Birləşmiş Millətlər Təşkilatı (BMT) ən böyük çəyirtkə işğalının Keniya, Efiopiya və Somalidə baş verdiyi, burada çəyirtkələrin sürətlə yayılmağa davam etdiyi və 13 milyon insanın təhlükə altında olduğu barədə xəbərdarlıq edib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lovkok, Şərqi Afrikada həyəcanverici çəyirtkə işğalına diqqət çəkib.

Çəyirtkə hücumuna qarşı təxirəsalınmaz tədbir görülməsə, Şərqi Afrika ölkələrinin fəlakətə məruz qalacağını və ciddi bir humanitar böhranla üzləşəcəyini bildirən M.Lovkok çöl çəyirtkələri ilə mübarizə planı üçün 76 milyon dollar lazım olduğunu söyləyib.

BMT rəsmisi iqlim dəyişikliyinin çəyirtkə sayının artmasında və onların sürətli yayılmasında da təsirli olduğunu bildirib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib ki, bütün bölgə çəyirtkə istilasından təsirlənərsə və bir il ərzində vəziyyət nəzarət altına alınmasa, "çəyirtkə vəbası" yayıla bilər. Şərqi Afrikada yayılmağa davam edən çöl çəyirtkələri Keniya, Somali və Efiopiyadan sonra Uqandaya və Tanzaniyaya çatıb.

Hər gün 150 kilometr məsafəni qət edə bilən və keçdikləri bölgədəki məhsullara ziyan vuran çəyirtkə qida təhlükəsizliyinə təhlükə yaradır. Bir kvadrat kilometrə yayılan 40-80 milyon çəyirtkə cəmi bir gündə 35 min insan üçün kifayət edəcək qida yeyə bilər.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Italiya
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

FAM Group Media X