Slimfit
  1. MEDİA

Bound To Azerbaijan layihəsi üzrə işlər yekunlaşıb

Bound To Azerbaijan layihəsi üzrə işlər yekunlaşıb
Sakura

Bound To Azerbaijan layihəsi üzrə işlər yekunlaşıb

“Çıraq Humanitar İnkişaf və İctimai Birliyi” tərəfindən həyata keçirilən “Xarici ölkələrdə işləyən, təhsil alan Azərbaycan vətəndaşlarının və soydaşlarımızın milli maraqların qorunması, milli-mənəvi dəyərlərin təbliği məqsədi ilə müvafiq interaktiv saytın və sosial şəbəkələrdə səhifələrin yaradılması” layihəsinin icrası işləri yekunlaşdırılmışdır.

Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilmişdir.

Layihənin icra müddəti 01.02.2022 – 31.05.2022 tarixlərini əhatə etmişdir.

Layihə çərçivəsində işlər Azərbaycan Respublikası ərazisində həyata keçirilmişdir. Lakin layihənin əhatə dairəsi Beynəlxalq auditoriya olmuşdur.

Layihənin məqsədi xarici ölkələrdə işləyən, təhsil alan Azərbaycan vətəndaşlarının və soydaşlarımızın milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği məsələlərinin həllinə yardım göstərən ənənəvi sosial şəbəkələrdə yaradılan müvafiq səhifələr ilə əlaqəli xüsusi interaktiv saytın yaradılmasından ibarət idi.

Layihə çərçivəsində aşağıdakı işlər görülmüşdür:

– Ənənəvi sosial şəbəkələrdə milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı xüsusi səhifələr yaradılıb;

– Səhifələrin və saytın redaksiya heyətində yerləşdirilən materiallar seçilib və yerləşdirilib;

– Səhifələri tanıtmaq üzrə tədbirlərin həyata keçirilib və izləyicilərin tərkibinin dəyişməsi gedişini, materiallara reaksiyası öyrənilib;

– Milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği ilə bağlı xüsusi interaktiv saytın layihəsini işlənib hazırlanıb və yaradılıb və internetdə yerləşdirilib;

– Saytın səhifələr ilə əlaqəli işi təmin edilib;

– Sayt sınaq dövründə strukturu izləyicilərin maraqlarına və istəklərinə uyğun surətdə təkmilləşdirilib;

- Sayt ingilis və azərbaycan dillərində olmaqla 2 dildə istifadəyə verilib.

Layihənin icrası nəticəsində:

– Ənənəvi sosial şəbəkələrdə xüsusi səhifələr yaradılıb və orada milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği aparılıb;

– Milli maraqların qorunması və milli-mənəvi dəyərlərin təbliği məsələlərini həllinə yardım göstərən xüsusi interaktiv sayt yaradılıb, lazım gəldikcə izləyicilərin maraqlarına və istəklərinə uyğun surətdə təkmilləşdiriləcək, onun səhifələr ilə əlaqəli işi tam təmin edilib;

– Saytın və səhifələrin ayrı-ayrılıqda və qarşılıqlı işinin dəyərləndirilməsi qaydaları hazırlanıb.

  • Sosial media səhifələrində (Linkedin, Facebook, Instagram) 800-dən çox məlumat və təbliğat xarakterli paylaşımlar edilib.
  • 3 sosial şəbəkə səhifələri üzrə 1000 nəfərdə qədər daimi izləyici kütləsi yığılıb və daimi izləyici sayı davamlı olaraq artmaqda davam edir.
  • Paylaşılan məlumatlar ödənişli və ödənişsiz əsaslarla Facebookda 1.800.000 istifadəçi, Instagramda 12.500 istifadəçi, Linkedində 2300 nəfər istifadəçi tərəfindən görülüb.
  • 17 ölkədən (Azərbaycan, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Çexiya, Türkiyə, Almaniya, Ukrayna, Fransa, İrlandiya, Səudiyyə Ərəbistanı, İsveç, Avstriya, Avstraliya, Pakistan, Polşa, Rusiya) www.boundtoazerbaijan.com saytına giriş olub.
  • Sosial şəbəkə səhifələrində bizi izləyən, paylaşımlara reaksiya bildirən Top 10 ölkələr - Azərbaycan, Almaniya, Rusiya, Avstriya, Belçika, Kanada, Çexiya, İrlandiya, Polşa, İsveç.

– Layihənin davamlılığı saytın və onunla əlaqəli sosial şəbəkə səhifələrinin mütəmadi aktivliyindən asılıdır.

Ümumilədirilmiş statistik məlumatlar:

Layihəyə cəlb olunanlar: Xarci ölkələrdə yaşayan, təhsil alan, beynəlxalq qurumlarda çalışan, təcrübə keçən, ölkəmizin təbliğatını xarici ölkələrdə aparan soydaşlarımız. 

Layihəyə cəlb olunan şəxslərin sayı: 2.000.000 nəfər
Onlardan qadınların sayı: 600.000 nəfər
Onlardan kişilərin sayı: 1.400.000 nəfər
Onlardan uşaq və gənclərin sayı: 1.600.000 nəfər
Onlardan 35 yaşdan yuxarı olanların sayı: 400.000 nəfər

 

Layihə ilə bağlı sosial şəbəkələrdə paylaşılan postların sayı: 800-dən çox
Paylaşılan postlara ümumi bəyənmə sayı: 25.000

 

Sayt: www.boundtoazerbaijan.com 

Facebook: https://www.facebook.com/boundtoazerbaijan 

Linkedin: https://www.linkedin.com/showcase/82428357 

Instagram: https://www.instagram.com/boundtoazerbaijan 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR