Ens.az
10 dekabr 2019, çərşənbə axşamı
.
.
chevron_left chevron_right
İDMAN

Böyük Britaniyanın Azərbaycandakı səfiri: "Bakıdakı matç Uels üçün çox vacibdir" - Müsahibə

Böyük Britaniyanın Azərbaycandakı səfiri: "Bakıdakı matç Uels üçün çox vacibdir" - Müsahibə

54 Baxış
Böyük Britaniyanın Azərbaycandakı səfiri: "Bakıdakı matç Uels üçün çox vacibdir" - Müsahibə

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın apasport.az saytına eksklüziv müsahibəsi

- Bu gün AVRO-2020-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Uels yığmaları üz-üzə gələcəklər. Matçdan nə gözləyirsiz?
- Bu, Uels üçün çox vacib oyundur. Çünki komanda Avropa çempionatının finalına yüksəlmək istəyir. Təbii ki, bunun üçün qarşıdakı iki matçın nəticəsi önəmlidir. Bunlardan biri də Azərbaycanla Bakıdakı görüşdür. Hansı komandanı dəstəkləmək məsələsinə gəlincə, təbii ki, Uelsi dəstəkləyəcəyəm. Ümid edirəm ki, onlar qələbə qazana biləcəklər. Lakin ən vacib odur ki, mən yaxşı və çox həyəcanlı bir oyun izləmək istəyirəm. Necə ki, axırıncı matçda bunun şahidi olduq. Oyunun nəticəsi sizin istəmədiyiniz kimi oldu (1:2 - red). Ancaq bu qarşılaşma fanatları həyəcanlandırdı və sonda xoşbəxt etdi.

- Bəs bu gün keçiriləcək matçı izləməyi planlaşdırırsızmı?
- Təbii ki, mən növbəti oyunu izləmək üçün mütləq stadiona gedəcəyəm.

- İndiyədək Bakıda hansısa görüşə stadiondan baxmısızmı?
- Bəli. Artıq Azərbaycanda bir dəfə futbol matçına baxmağa getmişəm. Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın Şimali İrlandiyanın "Linfield" klubuna qalib gəldiyi oyunu izləmişəm. Mən çox həyəcanlı idim, orada qələbəlik və fantastik atmosfer vardı. Azərbaycanlı azarkeşlər komandanızı uca səslə dəstəkləyir və alqışlayırdılar. Təəssüf ki, "Linfield" komandası uduzdu. Ancaq bu oyun mənim üçün çox maraqlı idi. "Qarabağ" isə qələbə qazanaraq, sizləri sevindirdi. Mən həmçinin Azərbaycan – Uels oyunu da izləməyi səbirsizliklə gözləyirəm.

- Azərbaycanlı futbolçulardan tanıdığınız, bəyəndiyiniz varmı?
- Hələlik Azərbaycan millisinin oyunçularını tanımıram. Ancaq qarşıdakı oyundan sonra bu barədə öyrənəcəyəm. Mən bir neçə aydır ki, Azərbaycandayam və ilk dəfə yığmanın oyununu izləyəcəyəm. Səbirsizliklə daha çox oyunlara getmək və komandanız barədə daha çox öyrənməyi gözləyirəm. 

- Hansı kluba azarkeşlik edirsiniz?
- "Çelsi"nin azarkeşiyəm.

- Ölkəmizdə oynayan əcnəbi futbolçular arasında kifayət qədər tanınmışlar, o cümlədən İngiltərədə çıxış etmiş oyunçular var. Onlar arasında isə sizin azarkeşlik etdiyiniz “Çelsi”nin sabiq ulduzu Maykl Essyen də var.
- Onun hazırda Azərbaycanda oynadığını bilirəm. Ümid edirəm ki, burada onunla görüşmək imkanım olacaq.

- İki ölkə arasında futbol əlaqələrini necə qiymətləndirirsiz?
- Biz ingilis və Azərbaycan futbolu arasında əlaqələri dəstəkləmək istiqamətində çalışmalıyıq. Düşünürəm ki, bu, futbolun inkişafı üçün həqiqətən vacibdir. Beləliklə, sizin komandalarınız Avropa standartlarında və Avropa səviyyəsində oynaya bilər.

Mənbə: apa.az





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X