Slimfit
  1. MARAQLI

“Böyük xərclərdən qorxmaq lazım deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır” – Rokfellerin 17 müdrik fikri

“Böyük xərclərdən qorxmaq lazım deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır” – Rokfellerin 17 müdrik fikri
Sakura

“Böyük xərclərdən qorxmaq lazım deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır” – Rokfellerin 17 müdrik fikri

Con Rokfeller—adı sərvətin simvolu olan amerikalı sahibkar və multimilyoner olub. 1917- ci ildə onun sərvəti təxminən 1 milyard dollar (hazırki ölçüdə 200 mlrd. dollardan artıq) olaraq qiymətləndirilmişdir. Biz sizin üçün faydalı ola biləcək C. Rokfellerin 17 ən məşhur sitatını yığıb təqdim edirik.

  1. Əgər sizin yeganə məqsədiniz varlı olmaqdısa, siz heç vaxt bu məqsədə çata bilmiyəcəksiniz.
  2. Mən hər zaman müvəffəqiyyətimə inanmışam, çünki Allah şahiddir, bunun üçün mən özümü tam olaraq işə vermişəm.
  3. İnsanlarla ünsiyyət qurmaq bacarığı bir əmtəədir və biz onu çay və ya kofe kimi gedib ala bilərik. Mən bu bacarığı əldə etmək üçün əlimdə olan  hər şeyi verməyə hazıram.
  4. Zarafat etmək və borc pul götürmək qarşı tərəf bunu gözləmədiyi anda lazımdır.
  5. Mənə düşünən xalq lazım deyil, işləyən xalq lazımdır.
  6. Müvəffəqiyyət qazanmaq üçün lazım olan ən önəmli keyfiyyət inadkarlıqdır.
  7. Dünyada mövcud olan ən aciz bir şey pula görə pul qazanmaqdır.
  8. Mən heç vaxt bilmirdim kim olacam, amma dəqiq bilirdim ki hər bir şeyin daha yaxşısına layiqəm.
  9. Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş dostluqdan daha yaxşıdır.
  10. Mən düşünürəm ki, mənim əsas borcum pul qazanmaq və  qazandığım pulu ən yaxınlarıma xərcləməkdi.
  11. Böyük xərclərdən qorxmaq lazım deyil, kiçik gəlirlərdən qorxmaq lazımdır.
  12. Yaxşı idarəçilik sistemini qurmaq üçün, aşağı təbəqənin yuxarı  təbəqədən örnək götürməsi üçün şərait yaratmaq lazımdır.
  13. Mən öz gəlirimin 100%-nı almaqdansa, yüz  nəfərin gəlirinin 1% -i almağa daha çox üstünlük verərdim.
  14. Adınızı qazanmaq üzərində işləyin və sonra  adınız sizə işləyəcək.
  15. Mən hər bir uğursuzluğu bir fürsətə çevirməyə çalışmışam.
  16. Hər gün işləyən bir insanın pul qazanmağa vaxtı yoxdur.
  17. Mən hər bir şeyi bilən insanı yox, çox həvəsli olan insanı işə götürərəm.

 

Mənbə: Banker.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR