Slimfit
  1. İQTİSADİYYAT

BTQ dəmir yolu vasitəsilə Rusiyadan göndərilən polad lövhələrinin nəqlinə başlanılıb

BTQ dəmir yolu vasitəsilə Rusiyadan göndərilən polad lövhələrinin nəqlinə başlanılıb
Sakura

BTQ dəmir yolu vasitəsilə Rusiyadan göndərilən polad lövhələrinin nəqlinə başlanılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC Bakı-Tbilisi-Qars dəmir yolunun yaratdığı imkanlardan istifadə edərək irihəcmli tranzit yükləri nəql etməkdə davam edir. Şirkətə məxsus daha böyük həcmdə yüklərin Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql etməyə nəzərdə tutulur.

"Report" "ADY Express"ə istinadən xəbər verir ki, bu dəfə "ADY Express" Maqnitoqorsk Metallurgiya kombinatının (MMK) təyin etdiyi logistik şirkət – Rusiyanın “Pervaya Transportnaya Logistiçeskaya Kompaniya” və Gürcüstandakı tərəfdaş şirkəti olan “GR Logistics and Terminals” ilə birgə MMK-ya məxsus irihəcmli yükü – polad lövhələri, nəql etməyə müvəffəq olub. Daşınan yükün həcmi isə 2232 ton və ya 36 vaqon təşkil edib. 

Razılaşmaya əsasən, Rusiyanın “Maqnitoqorsk-Qruzovoy” stansiyasından yola salınan yük Azərbaycandan keçərək Gürcüstanın Axalkalaki stansiyasına çatdırılıb. Həmin stansiyaya gələn Türkiyəyə məxsus vaqonlara aşırılan yük daha sonra Qarsa, oradan isə Türkiyənin Payas stansiyasına çatdırılıb. Mürəkkəb logistik əməliyyatı logistik şirkətlərin birgə səyi nəticəsində həyata keçirmək mümkün olub.

Beləliklə, yük qatarı 5 min km yaxın məsafəni 17 günə qət edərək Rusiya, Azərbaycan və Gürcüstandan keçərək Qarsa və daha sonra Türkiyənin Payas stansiyasına çatıb.
Maqnitoqorsk Metallurgiya kombinatı ilə bundan sonra da əməkdaşlıq davam edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR