Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Bu abituriyentlər üçün qəbul imtahanının müddəti artırıldı - Qərar

Bu abituriyentlər üçün qəbul imtahanının müddəti artırıldı - Qərar
Sakura

Bu abituriyentlər üçün qəbul imtahanının müddəti artırıldı - Qərar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabineti dəyişikliyi Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı üçün imtahanın davametmə müddəti 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Xatırladaq ki, imtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR