Slimfit
  1. QADINLAR ÜÇÜN

Bu kosmetik vasitələri heç kimə bölüşməyin

Bu kosmetik vasitələri heç kimə bölüşməyin
Sakura

İnfeksiyaya yoluxa bilərsiniz

Bir çox qızlar kosmetik vasitələri rəfiqələri ilə bölüşərək bunda bir təhlükənin olmasını ağıllarına belə gətirmirlər. Amma bu sağlamlıq üçün təhlükəli ola bilər. 
 
Medicina.az heç kimlə paylaşılması məsləhətli olmayan kosmetik vasitələri təqdim edir: 
 
Tuş  
 
Tuş kipriklərin diblərinə çəkildiyində göz qapaqlarna təmas edən bir gözəllik vasitəsidir. Bu səbəbdən də infeksiya və bakteriyalar çox rahat şəkildə tuş vasitəsilə yoluxa bilər. Buna görə də yaxşı olardı ki, tuşu yalnız özünüz işlədərək heç kimlə bölüşməyəsiniz. 
 
Fırça və makiyaj süngərləri
 
Dəri xəstəliklərini və infeksiya yoluxması risqini azaltmaq üçün hər gün istifadə etdiyiniz bu vasitələri mütəmadi olaraq yumaq lazımdır.  İlk baxışda görünmür, amma bu vasitələr işərisində mikrob və ölü dəri hüceyrələri saxlayır. Bir müddətdən sonra bu maddələr sizin dərinizdə ciddə xəstəliklərər səbəb ola bilər.
 
Dırnaq qayçısı  
 
Dırnaqlarınızın sağlam və gözel olmasını istiəyirsinizsə, öz şəxsi dırnaq qayçısından istifadə edin. Dırnaq qayçısının ortaq olaraq istifadəsi normal və əhəmiyyətsiz kimi görünə bilər. Ancaq, qayçı vasitəsilə bir çox gözələk infeksiyalarının yayılması mümkündür.
 
Göz qələmi 
 
Göz qələmi və ya layner də tuş kimi kipriklərin dibinə çəkildiyi üçün bakteriyaların yayılmasına səbəb olur. Əgər rəfiqənizin gözündə ər hansı bir virus və ya bakteriya varsa onun sizin gözlərinizə yoluxmaq riski yüksəkdir. 
 
Dodaq boyası 
 
Ağız, bakteriyalarla zəngindir, dodaq boyası və nəmləndirici vasitəsilə onların digər yoluxması riski çox yüksəkdir. Ortaq istifadə edildiyində hətta boğaz ağrısı kimi infeksiyanın də yaylmasına səbəb ola bilər.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR