1. TƏBİƏT

Bu meyvəni yeyəndən sonra insandan bənövşə qoxusu gəlir

Bu meyvəni yeyəndən sonra insandan bənövşə qoxusu gəlir

Kepel ağacı (keppel) (lat. Stelechocarpus burakol)

Yava adası ilk baxışdan diqqət çəkməsə də kepel ağacının doğma yeridir. Amma onun meyvələri təkcə budaqlarında deyil, gövdəsində də olur. Amma ən maraqlısı budur ki, onu yeyəndən sonra insan təri bənövşə kimi qoxmağa başlayır. Bununla da yerli don juanlar faydalana bilməyəcək.

Bu, olduqca şıltaq bir ağacdır və yalnız isti ölkələrdə böyüyür. Bundan başqa, o Yava adasında bitir, Cənub-Şərqi Asiyanın bəzi ölkələrində (İndoneziya, Tailand) becərilib, sonra isə ağac Şimali Avstraliya (Kvinslend ştatı), Honduras və Floridaya ixrac edildi.

Kepel 20-25 hündürlüyə qədər böyüyən həmişəyaşıl bir ağacdır. Düz gövdəsi boz-qəhvəyi və ya tünd qəhvəyi rəngdədir. Onun aşağı hissəsində uzun budaqlarda meyvələrini görə bilərsiz, məhz bunlar tər qoxusunun dəyişməsinə təsir edir. Meyvələrin özləri kiçikdir, uzunluğu 60sm və eni 4,5sm-dir. Formasına görə onlar armuda bənzəyirlər və qalın qəhvəyi qabıqla örtülüblər. Xoş dadı var, belə ki, əti şirəli və şirindir, manqo dadına bənzəyir. Yarpaqları uzun, oval formaya malikdir. Ağacda 12-30sm uzunluğunda tünd yaşıl, həmçinin çəhrayı yarpaqlar görmək olar.

Bunlar eyni cinsli ağaclardır. Çiçəkləmə zamanı budaqlarda kiçik yaşılımtıl-ağ və ya qırmızımtıl çiçəklər görünür. Dişi çiçəklər 1-16 ədəd gövdənin aşağı hissəsində inkişaf edir, onlardan isə möcüzəvi meyvələr yaranır, erkəklər isə budaqlarda yerləşir və 8-16 ədəddən ibarət qruplarla inkişaf edir. 

Meyvənin yetişib-çatmadığını tapmaq üçün onu kəsmək lazımdır. Əgər içərisi qəhvəyi və ya narıncı rəngdədirsə, onda istifadə edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR