Slimfit
  1. CƏMİYYƏT

Bu rayon sakinləri qazsız qalacaq

Bu rayon sakinləri qazsız qalacaq
Sakura

Bu rayon sakinləri qazsız qalacaq

Bu gün Xətai rayonu, Gəncə, Babək prospektləri, S.Ə.Şirvani, Sarayev, M.Hadi, İ.Zülfüqarov, Sadıqcan, X.Məmmədov, H.Aslanov, M.Davud, Aşıq Qurban, Mingəçevir və Suleyman Əhmədov küçələrində, eləcə də NZS qəsəbəsi, Əhmədli kəndi və digər yerlərdə qaz təchizatı dayandırılıb.

Qafqazinfo” xəbər verir ki, buna səbəb səhər saat 09.00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunmasıdır. 

Bundan əlavə, sözügedən vaxtda  İsmayıllı və Göyçay rayonlarının bir neçə yaşayış məntəqəsində də qaz təchizatında fasilələr olacaq. Təchizatda dayandırmalar Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz xəttində aparılan bəzi təmir işləri ilə bağlıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR