Slimfit
  1. MEDİA

“Bu Şəhər”də UTECA-da

“Bu Şəhər”də UTECA-da
Sakura

“Bu Şəhər”də UTECA-da

“Bu Şəhərdə” Azərbaycan Texnologiya Universitetində olub. UTECA-nın rektoru professor Akif Süleymanov qonaqları universitetlə tanış edib, görülən işlər, hədəflər barədə məlumatlandırıb.

Daha sonra əməkdar artistlər Rafael İsgəndərov, Coşğun Rəhimov, komandanın senari müəllifi və prodüseri Müşfiq Abbasov, müğənni - əməkdar artist Rəşad İlyasov və “Bu Şəhərdə”nin digər sakinlərini UTECA tələbələri coşğu və izdihamla qarşılayıblar. Tələbələr aktyorlara bir-birindən maraqlı suallar veriblər. Bu şəhərdənin simaları sualları özlərinə məxsus tərzdə cavablandırıblar. Hər yumor dolu diskussiya zalda gur alqışlara və gülüşə səbəb olub. Coşğun Rəhimov qeyd edib ki, komanda olaraq məqsədləri cəmiyyətdə rastlaşdıqları neqativ halları səhnələşdirərək ünvanına və ictimaiyyətə çatdırmaqdır.

Daha sonra müğənni Rəşad İlyasov sözləri Mikayıl Müşfiq, musiqisi Ələkbər Tağıyevə aid olan Qal, sənə qurban mahnısını canlı ifa edib.

Sonda aktyorlar UTECA tələbələrinə nailiyyətlər, təhsildə və həyatda müvəffəqiyyətlər, layiqli vətəndaş kimi yetişməyi arzu ediblər, dəyərli məsləhətlər veriblər.

“Bu Şəhərdə” komandası səmərəli əməkdaşlığa görə Azərbaycan Texnologiya Universiteti adından təltif edilib.

Qeyd edək ki, “Bu Şəhərdə” Nizami yurduna Fikrət Əmirov adına Gəncə Dövlər Filarmoniyasında təşkil olunan iki günlük konsert proqramı çərçivəsində səfər edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR