Slimfit
  1. CƏMİYYƏT

Bu şəxslər yanvarın 1-dən sonra 30 manat cərimə olunacaqlar

Bu şəxslər yanvarın 1-dən sonra 30 manat cərimə olunacaqlar
Sakura

Bu şəxslər yanvarın 1-dən sonra 30 manat cərimə olunacaqlar

Gələn ilin əvvəlindən etibarən daşınmaz əmlakın icbari sığortası sahəsində nəzarət tədbirləri artırılacaq.
Yeniavaz.com xəbər verir ki, hazırda daşınmaz əmlakla bağlı məlumat bazasının İcbari Sığorta Bürosunun sisteminə inteqrasiyası prosesi gedir. Yanvar ayının 1-dən etibarən hansı daşınmaz əmlakın sığorta olunduğu, hansı əmlakın sığorta olunmadığına sistem vasitəsilə nəzarət etmək mümkün olacaq.
Qeyd edək ki, buna qədər daşınmaz əmlakın icbari sığortasına nəzarət etmək mümkün deyildi. Əmlakın sığorta olunub-olunmadığı barədə məlumatı yalnız həmin əmlakın alğı-satqısı üçün notariusda müqavilə bağlananda öyrənmək mümkün olurdu.
Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanunun tələblərinə əsasən 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb. Lakin, nəzarət mexanizminin olmaması səbəbindən son 7 ildə daşınmaz əmlakın icbari sığortasına maraq aşağı səviyyədə olub.
Məlumat üçün bildirək ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələrin tətbiq "İnzibati Xətalar Məcəlləsi"nin 569-cu maddəsi ilə tənzimlənir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.  20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir.
Onu da qeyd edək ki, daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd - Şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd ("kupça") tələb olunur.
Daşınmaz əmlaka görə bir illik sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.
Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir.
 Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi,  tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, həmçinin Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmurlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR