Slimfit
  1. TEXNOLOGİYA

Bu yolla poçt göndərişlərinizi asanlıqla izləyə bilərsiz

Bu yolla poçt göndərişlərinizi asanlıqla izləyə bilərsiz
Sakura

Bu yolla poçt göndərişlərinizi asanlıqla izləyə bilərsiz

Yaşadığımız innovasiya əsrində bütün "məsafələr" qısalıb, zaman məfhumu dəyişilib.

TED.az saytı olaraq əsas missiyamızdan biri də insanlara sürətlə irəliləyən zaman axınına keçidin yollarını təqdim etməkdir.

Bilirik ki, ötən əsrdə poçt göndərişləri uzun sürən və mürəkkəb prosses idi. Göndəriş edən şəxs poçt göndərişinin ünvana çatdırılması haqqında xəbər bilmək üçün xeyli müddət gözləməli olurdu.

Elektron hökumətin gətirdiyi imkanlar bu prosesi də bizim üçün asanlaşdırıb.

Ancaq gəlin, əvvəlcə poçt göndərişlərinin müasir göndərilmə texnologiyası ilə tanış olaq. Texnologiya  qeydiyyatlı  göndərişlərə unikal poçt identifikatorunun (ştrix-kodun) aid edilməsi prinsipinə əsaslanır. Hər bir keçid mərhələsində poçt identifikatorunun məlumatı vahid uçot və nəzarət sisteminə daxil edilməklə, internet vasitəsilə daxili və beynəlxalq poçt göndərişlərinin keçidinin izlənilməsi mümkün olur. 13 simvoldan (dörd hərf, 9 rəqəmdən) ibarət poçt identifikatoru poçt göndərişlərinin qəbulu zamanı verilən qəbzdə onun nömrəsi olaraq göstərilir.

 Siz həmin ştrix-kod nömrəsini daxil etməklə, göndərişinizin cari statusu haqqında tez və ətraflı məlumat ala bilərsiniz.

 

  • Bunun üçün ilk olaraq  “Elektron hökumət” portalına (www.e-gov.az) daxil olun;
  • Menyudan “Bütün xidmətlər” bölməsini seçin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sətrinin üzərinə vurun;

 

 

  • Qarşınıza çıxan  xidmətlər arasından “Poçt göndərişlərinin izlənilməsi” xidmətini seçin;

 

 

  • Daha sonra  “İzlənmə nömrəsi” xanasına poçt göndərişinizin Ştrix-kodunu daxil edin;

 

 

  • Son mərhələdə isə "axtar" düyməsinə vurun.

 

 Beləcə, “Poçt göndərişinizin izlənməsi” üzrə nəticə açılan pəncərədə sizə lazım olan məlumatları əldə etmiş olacaqsınız.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR