Slimfit
  1. TEXNOLOGİYA

Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar
Sakura

Bütün “Android” qurğularının istifadəçiləri izləmənin qurbanı olublar

“Nightwatch Cybersecurity” şirkətinin mütəxəssisləri “Android” sistemi ilə işləyən qurğularda təhlükəli boşluq aşkar ediblər. Hakerlər bu boşluqdan istifadə etməklə istifadəçilərin hərəkətini izləyə bilərdilər. Bu haqda şirkətin saytında dərc edilmiş hesabatda deyilir.
 
ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, cinayətkarlar “Wi-Fi” marşrutlayıcısı vasitəsilə sözügedən boşluqdan yararlana bilərlər.
 
“CVE-2018-9581” adlandırılmış boşluq “RSSI” sistemində aşkar edilib. O, qəbul edilən siqnalın səviyyəsini müəyyənləşdirir. Həmçinin “RSSI” bu informasiyanı başqa proqramlara ötürür.
 
Boşluq nəticəsində kənar proqramlar qəbul edilən siqnal haqqında bütün informasiyanı əldə edə və istifadəçinin marşrutlayıcıya nisbətdə yerini müəyyənləşdirə bilər.
 
Ekspertlərin sözlərinə görə, bu boşluq “Android” əməliyyat sisteminin bütün versiyalarında mövcuddur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR