Slimfit
  1. İQTİSADİYYAT

BVF rəhbəri: dünya iqtisadiyyatı enişə doğru gedir

BVF rəhbəri: dünya iqtisadiyyatı enişə doğru gedir
Sakura

BVF rəhbəri: dünya iqtisadiyyatı enişə doğru gedir

Bərpa prosesi 2021-ci ildə gözlənilir, ancaq bir şərtlə ki, koronavirus epidemiyası geridə qalmış olsun .

Dünya iqtisadiyyat tənəzzül mərhələsinə girdi və 2021-ci ildə böhranın yaralarını sağaltmaq koronavirus pandemiyasının nəticələrinin nə qədər tez aradan qaldırılacağından asılı olacaq.

Ens.az saytı bildirir ki, bu proqnozu cümə günü Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva keçirdiyi brifinqdə deyib.

"İndi əminəm - bir tənəzzülə girmişik." 2021-ci ildə bərpa olunacağını gözləyirik, ancaq virusun öhdəsindən gəlmək şərtilə deyib o.

BVF tənəzzülün "qısa və çox dərin olmayacağına" ümid edir.

Bir neçə gün öncə isə xanım Georgiyeva qeyd etmişdi ki, 2020-ci ildə dünya iqtisadiyyatını qlobal maliyyə böhranı dövrünə bənzər və ya daha pis bir tənəzzül gözləyir. O, eyni zamanda, BVF-nin öz vəsaitlərindən 1 trilyon dolları koronavirusla mübarizə üçün istifadə etməyə hazır olduğunu açıqlamışdı.

Qeyd edək ki, əvvəllər təkcə İtaliyanın epidemiya ilə mübarizə səbəbiylə istehsal fəaliyyətinin dayandırılması nəticəsində yaranan iqtisadi itkilərin ayda təxminən 100 milyard avro ola biləcəyi təxmin edilirdi. Birləşmiş Ştatlar artıq koronavirusun iqtisadi nəticələrini azaltmaq üçün 6 trilyon dollar xərcləməyə hazır olduğunu bəyan edib. Məbləğin çox hissəsi ölkənin kredit kimi verə biləcəyi vəsait olacaq.

Mənbə: life.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR