Slimfit
  1. BİOQRAFİYA

Cambul Cabayev

Cambul Cabayev
Sakura

Cambul Cabayev (qaz. Жамбыл Жабаев; 1846 – 1945) — Qazax akını, şairi, Stalin mükafatı laureatı.

Rus şairləri qoyun otaran Cambul Cabayevin adından şeirlər yazırdılar. Cambul hətta qol da çəkə bilmirdi. Qol əvəzinə quş qoyurdu sənədə. Onun kitabları nəşr olunur. Hər dəfə Cambul bir sənədə quş qoyanda ona pul verirdilər. Yəni qonorar. Bir gün həmin bu çoban-şairlə Leninqrad məktəblilərinin görüşü keçirilir. Sadəlövh, hər şeyə ciddi yanaşan, Puşkin, Blok, Yesenin, Mayakovski, Lermontov kimi şairləri oxuyan bir məktəbli Cambul Cabayevə yaxınlaşıb ondan avtoqraf istəyir. Çoban-şairi başa salırlar ki, o, məktəblinin ona uzatdığı vərəqə quş qoymalıdır. Cambul vərəqə quş qoyur. Və bu zaman çox gülməli, həm də ağlamalı bir hadisə baş verir. Cambul Cabayev məktəblidən pul istəyir. O elə bilir ki, nə vaxt quş qoyursa, ona pul verməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR